AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: İran xeyirxalıq üzündən azəri rəsmilərinin sərt açıqlamalarına cavab vermədi

Ayətullah Seyid Həsən Amili 9 Dey qəhrəmanlıq günü münasibətilə Ərdəbil əyalətinin şərəfli və vilayətçi əhalisinə təşəkkür etməklə yanaşı, Azərbaycan Respublikasının xarici işlər nazirinə son açıqlamasına görə təşəkkür edib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində son günlərdə əyalətə gətirilmiş naməlum şəhidlərin pak dəfn mərasimində insanların böyük coşqunluqla iştirakını yüksək qiymətləndirərək deyib: “Şəhidləri çox hörmətlə və təqdirəlayiq qarşılayan, dəfnlərində bütün səyləri ilə  iştirak edən əyalətin şərəfli insanlarına minnətdarlığımı bildirirəm. Naməlum bir şəhidin qarşılanması və dəfnində böyük əməyi olan hörmətli əhli-sünnə qardaşlarına və nəcib Ənbaran camaatına da səmimi qəlbdən təşəkkür edirəm. Bu şəhidin dəfn mərasimində tabutunun yanında ürəkdən ağlayan iki əziz əmbəranlını gördüm. Soruşanda dedilər ki, hər ikisi ənbaranlı iki itkin düşmüş şəhidin qardaşıdırlar.”
İmam cümə əlavə edib ki, əhli-sünnə qardaşlar şiələr ilə birlikdə sevimli ölkəmiz İranın müdafiəsi üçün öz əzizlərini fəda etdilər. Bundan sonra da düşmənə qarşı əl-ələ, çiyin-çiyinə möhkəm dayanacağıq, ümmətin sıralarına düşmənin nüfuz edə bilməsi üçün boşluq yaradılmasına imkan verməyəcəyik. Düşmən bunun üzərinə xüsusi hesab açıb və hətta namərd hərəkətlərlə yol verərək inqilabın davamçıları olan əhli-sünnə alimlərini terror etməyə cəhd edib.
Xətib, öz vəzifəsini icra edərkən həlak olan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarından birinin vəfatı ilə əlaqədar başsağlığı verərək deyib: “Vilayətin Qızıl Aypara Cəmiyyətinin əzizlərindən birinin “Xoruslu” rayonunda vəzifəsini icra edərkən vəfat etməsi ilə əlaqədar onun ailəsinə və əyalət xalqına başsağlığı verirəm. Ən çətin vəziyyətlərdə xalqımızın yanında olan Qızıl Aypara Cəmiyyətinin əziz əməkdaşlarının yorulmaz səylərini yüksək qiymətləndiririk və onların mübarək səylərini uca tuturuq.”
Ekspertlər Məclisinin üzvü Azərbaycan Respublikasının xarici işlər nazirinin son mövqeini alqışlayaraq deyib: “Bu həftə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün təqdirəlayiq açıqlamalar verən Azərbaycanın xarici işlər nazirinə təşəkkür edirəm. Mən xeyirxahlıq üzündən olaraq Azərbaycan hökumətinə deyirəm ki, iki ölkə arasında media münaqişəsi iki ölkənin xeyrinə uyğun deyil. Azərbaycanın dövlət məmurlarının media mübarizəsinə qoşulması qəti şəkildə yanlışdır. İxtilaf üçün heç bir səbəb yoxdur.”
Ayətullah Amili əlavə edib: “Bizim ortaq tariximiz, ortaq dilimiz, ortaq dinimiz, ortaq dinimiz, ortaq sərhədimiz var… Dünyanın heç bir yerində İran və Azərbaycan qədər ortaqlığı olan digər ölkə yoxdur. Nə qədər düşünürəmsə, Azərbaycanın İrana qarşı çıxmasına heç bir əsas görmürəm. Odur ki, İran rəsmiləri qorxu, zəiflik və çarəsizlik üzündən deyil, xeyirxahlıq üzündən azəri məmurlarının təhqir və sərt açıqlamalarına cavab vermədilər. Biz müharibədə Ermənistana heç vaxt kömək etməmişik və fiqh baxımından bütün fəqihlər müharibədə olan müsəlmanların düşmənlərinə silah satmağı haram hesab edirlər. Bizim hərbi təlimimiz də Azərbaycanı təhdid etmək üçün deyil, regiondan kənarda sərhədləri pozmaq istəyənləri təhdid etmək üçündür. Hər bir ölkə öz sərhədlərinə həssasdır. İranın da həssas olması təbiidir. Əminəm ki, düşmən hər iki ölkənin bir-biri ilə toqquşması üçün tələ qurub. Biz bu tələyə düşməməliyik. Mən hər iki ölkənin elitasından xahiş edirəm ki, radikalların hadisələri alovlandırmasına imkan verməsinlər.”
Cümə namazı doktor Vilayətinin də açıqlamasına toxunaraq deyib ki, cənab Vilayətinin iki ölkə arasını islah etmək üçün verdiyi açıqlama da çox gözəl idi, habelə Azərbaycan prezidentinin köməkçisi cənab Hikmət Hacıyevin bu bəyanatı alqışlaması dəyərli idi. Qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq bütün gərginliyi aradan qaldırmaq üçün yaxşı meyardır. Azərbaycan rəsmiləri diqqət etməlidir ki, hökumət insanların hisslərinə hakim ola bilməz. Yəni bir millət və ya bir ölkə hər hansı xarici dövlət tərəfindən təhqir olunarsa, hökumətdən əvvəl o ölkənin xalqı ayağa qalxır və məsələyə reaksiya verir. Bu reaksiyanı ancaq o zaman cilovlamaq olar ki, qarşı tərəfdən təxribat xarakterli və təhqiredici sözlər səslənməsin.
Şəhid general Hacı Qasim Süleymaninin şəhadət günləri ərəfəsində könüllər sərdarının xatirəsini uca tutan imam cümə deyib: “13 dey (3 yanvar) İslam dünyasının böyük mücahidi, müqavimət və ixlas qəhrəmanı sərdar Süleymaninin şəhadət günüdür. Şəhidlərin hamısı “ində Rəbbihim yurzəqun”durlar. Amma dini mənbələrdən istifadə olunur ki, dini səhv anlayanlarla mübarizədə həyatını itirən şəhidin Allah dərgahında xüsusi məqamı var. Xəvaric dini səhv anlamışdılar. Möhkəmlənə bilsəydilər, dinin abrı qalmazdı. Bu səbəbdən Əmirəl-möminin yanında olub, xəvaricə qarşı döyüşənlərin çox müstəsna mükafatı vardır.
Həzrət Əmirəl-möminin (ə) buyurdu: “Allahın Rəsulu (s) mənə xavəriclə vuruşmağın savabı barədə xəbər verdi, amma onu açıqlamağa qorxuram. Çünki qorxuram onu sizə desəm, başqa əməlləri yerinə yetirməkdə səhlənkarlıq edəsiz.”
Sərdar Süleymani xalis vəhhabilik olan və İŞİD-də təzahür edən ən qaranlıq səhv düşüncəyə qarşı mübarizə apardı və öz həyatını bu yolda itirdi. Amerika İslam inqilabına qarşı bütün yolları sınadı və hamısında başı daşa dəydi. Nəhayət, Mərkəzi Kəşfiyyat İdarəsinin, Mossadın, Avropa kəşfiyyat xidmətlərinin və Pentaqonun baş mütəxəssislərini və psixoloji müharibə ekspertlərini bir araya toplayıb çox təhlükəli plan cızdılar. Xanım Klintonun sözlərinə görə, ekspertlər 50-dən çox ölkəyə səfər etdilər və İŞİD-i yaratdılar. Tramp açıq şəkildə İŞİD-in Klintonun düşüncəsinin məhsulu olduğunu dedi. Habelə, açıq şəkildə bildirdi ki, Amerika indiyədək Yaxın Şərqdəki təhlükəsizliyi üçün 6 trilyon dollar xərcləyib. Amerika rəsmilərinin açıqlamalarına görə, 80 ölkədən 1100 terror qruplaşması bizə qarşı səfərbər olub ki, Suriyanı, daha sonra isə İraqı fəth etdikdən sonra İrana girsinlər. Çünki ilanın başı İranda olduğuna inanırdılar.
Bu terror qrupları şiələri, xristianları, druzları, ələviləri, vəhhabi olmayan sünniləri öldürməyi vacib hesab edirdilər. Hətta Suriyanın baş müftisi, sünni olan Əl-Butini məsciddə öldürdülər. İndi Allahın mühakiməsində olan Qardavi fətva verdi ki, Əl-Butini öldürmək vacibdir. İŞİD vəhhabiləri onu məsciddə öldürdülər. Qardavi dedi ki, düzdür, mən onu öldürmək üçün fitva vermişəm, amma onu məsciddə öldürməyi deməmişəm!!! Bütün şiə və xristianlara elan etdilər ki, ya İslam, ya müharibə, ya da cizyəni qəbul etməlisiniz. Papa avropalılara, amerikalılara gileyləndi ki, niyə Suriyada xristianların qanını axıtdınız? Birləşmiş Millətlər Təşkilatı Suriya xristianlarına görə Amerikaya xəbərdarlıq etdi. Bu plan Amerika idarəçilərinin və qərb kəşfiyyat xidmətlərinin şah əsəri idi. Amma onların ağlına da gəlməzdi ki, sərdar Süleymani kimi bir qəhrəman onları yerə sərsin, bütün zəhmət və xərclərini boşa çıxarsın.”
İmam cümə bildirib ki, şübhəsiz, təkcə İran xalqı deyil, bütün region bu böyük sərdara borcludur. Amerikanın onu terror etməklə terrorla mübarizə apardığını iddia etməyə haqqı yoxdur. Amerikanın bu cəhətdən həmişə üzü qaradır.
Biz o böyük sərdarın ruhu ilə əhd-peyman bağlayırıq ki, Amerikanın hər növ müharibələr şəklində ortaya çıxan digər məkrli planları qarşısında dayanacayıq, yenə böyük şeytanı nakam qoyacayıq, ölkəmizin və xalqımızın təhlükəsizliyini qoruyacağıq.
Ayətullah Amili hökumətə, xüsusilə də Xarici İşlər Nazirliyinə və Ali Məhkəməyə müraciətlə deyib ki, Amerika general Süleymaninin qətlinə görə məsuliyyəti rəsmən öz üzərinə götürdüyü, hətta Trampın bununla fəxr etdiyi halda, niyə bu cinayəti beynəlxalq məhkəmələrdə qaldırmır və o böyük insanın qanını müdafiə etmirsiniz? Amerika nə vaxta qədər öz biabırçı cinayətlərinə görə cavab verməməlidir? Böyük xalqımıza da deyirəm ki, İŞİD Səudiyyə-Amerika bombası idi. Onların əllərində başqa bombalar var. 2011-ci ildə qərbin şeytanlarından biri demişdi ki, İslam və Ərəb Baharına görə narahat olmayın. Bizim müsəlmanlar arasında böyük barıt anbarlarımız və çox güclü təsir imkanlarımız var. Nə vaxt istəsək, onlardan birini partladarıq, müsəlmanların şərrindən və oyanışından qorunarıq.
Onun sözləri beynəlxalq təşkilatların sərəncamında olan planlara aiddir. Etnik, dini və siyasi ixtilaflara, seçki tutumuna, həyat tərzinin dəyişməsinə və s. Peyk kanallarından biri açılışının əvvəlində dedi ki, biz iki il ərzində iranlıların həyat tərzini tamamilə dəyişəcəyik.
Ərdəbil əyalətinin Ümumi Mədəniyyət Şurasının sədri 9 Dey qəhrəmanlığını uca tutaraq, bu günü xalqın baxışının təzahürü kimi qiymətləndirərək deyib: “9 Dey vilayətlə bəsirət və əhd günüdür. 9 deydə millətimizin müdrikliyini vurğulamaq və bunu unutmamağımıza təkidin səbəbi odur ki, qanuna hörmət etmək və ondan yayınmamaq bütün sahələrdə daimi bir mədəniyyətə çevrilsin. O zaman Obama Həzrət Ağaya məktub yazmışdı və İran qarşısında hörmətlə təvazökarlıq edərək demişdi: Mən belə qənaətə gəldim ki, İranın iştirakı olmadan regionun təhlükəsizliyi mümkün deyil və İran regionda əsas oyunçudur. O, məktubunda İranın regionda daha üstün güc olduğunu dolayısı ilə vurğulamışdı. Lakin 2009-cu il hadisəsi bu böyük fürsəti puç etdi və Obama geri çəkildi.
9 Dey hadisəsi heç bir cinaha aid deyildi, əslində xalq ölkə üçün təhlükə hiss etdikdə sel kimi hərəkətə gəldi. Dörd milyon qeyrətli iranlı imperializm dünyasının dişini dibindən çəkdi. O gündən etibarən dünya imperialzmi sanksiyaları gücləndirməklə xalqımızdan qisas alır.”
2009-cu il fitnəsindən alınan dərsi izah edən xətib deyib ki, 2009-cu il fitnəsinin böyük dərsi ondan ibarət idi ki, biz öz işlərimizi qanuni orqanlar vasitəsilə davam etdirmək üçün cəsarətə malik olmalıyıq. Heç bir ölkədə qanuni çərçivədən kənar tələbi alqışlamırlar. Əgər hökumət qeyri-qanuni tələb qarşısında sussa idi, bu cür tələblər adət halını alardı və nəticədə nizam bütün seçkilərdə problemlə üzləşərdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button