AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: İdeal jurnalist qələmin müqəddəsliyi və vətənin mənafei üzərində müamilə etmir

 

Ərdəbil imam cüməsi jurnalistləri xalqların ayıq gözləri, cəmiyyətin keşikçiləri adlandıraraq deyib: “Xalqın qəflətindən istifadə edib öz zülmünə davam edən zülmkar hökumətlərin həmişə etibarlı və dürüst jurnalistlərlə problemləri var.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi həzrət Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində Amerikanın Əymən əz-Zəvahirinin öldürülməsi ilə bağlı təbliğatına toxunaraq deyib: “Bu həftə Amerika qürurla dünyanı “Əl-Qaidə” lideri Əymən əz-Zəvahirini öldürməyi ilə bağlı elanla doldurdu. Bu xəbərlə Amerika hökuməti özünü təcrid vəziyyətindən çıxarmağa çalışdı.”

Cümə namazı xətibi qeyd edib ki, Əymən əl-Zəvahirini öldürməklə Bayden Yaxın Şərqə son səfərində uğursuzluğunu kompensasiya etməyə çalışır. Çünki birincisi, ərəblərlə sionist rejim arasında İrana qarşı hərbi pakt yaratmaqda və sionist rejimin ərəb ölkələrinə inteqrasiyasında uğursuz oldu. İkincisi, Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında münasibətləri tamamilə normallaşdırmaqda uğursuz oldu. Üçüncüsü, Səudiyyənin neft hasilatını artıra bilmədi. Dördüncüsü, Dohada baş tutan nüvə danışıqlarında İrandan böyük güzəştlər ala bilməyib əliboş qayıtdı.

Ayətullah Amili vurğulayıb: “Təbii ki, bunlar son bir neçə həftənin uğursuzluqları idi. Çünki son vaxtlarda Əfqanıstanda böyük rüsvayçılığa səbəb olmuşdu. Nəticədə Bayden Amerikadakı populyar mövqeyini itirib və bu, qarşıdan gələn prezident seçkilərində onun üçün çox təhlükəlidir.”

Amerikada demokratların vəziyyətini və seçki şanslarını təhlil edərək edən xətib bildirib ki, əksər ekspertlər və analitiklər Amerika Demokratik Partiyasının qarşıdan gələn seçkilərdə, yəni Konqres aralıq seçkilərində açıq şəkildə məğlub olacağını deyirlər. Baydenin Amerika daxilində vəziyyəti yaxşı deyil, demokratların 75 faizi onu istəmir və respublikaçıların 100%-i onun devrilməsini istəyir. Buna görə də özünü hər yerə vurur və boğulan adam kimi saman çöpündən yapışmağa səy edir.

İmam cümə amerikalıların terror əməlləri ilə bağlı suallar verərək deyib: “ABŞ hökumətləri son illərdə Üsamə Bin Laden, Zərqavi Bağdadi və Əyman əl-Zavahiri də daxil olmaqla 4 nəfəri öldürüb. Lakin bu hökumətlər bir neçə suala cavab verməyiblər. Birincisi, niyə onların meyitlərini göstərmədiniz? Amerika Bin Ladeni oğlu Həmzə ilə birlikdə öldürdü. Təbii ki, öldürüldüyünü iddia etdi, amma cəsədi göstərmədi və onun dənizdə dəfn edildiyini dedi. İkincisi, siz onları həbs edə bildiyiniz və bununla da terrorun kökünün tamamilə kəsilməsi üçün onlardan mühüm sirlər ala biləcəyinizin mümkün olduğu halda, niyə bunu etmədiniz? Onlar “qara qutular” deyilmi? Öldürməyinizin səbəbi budur ki, istifadə müddəti bitdikdən sonra onları öldürmək, onların şərindən qurtulmağın ən yaxşı yolu idi. Səddam və Qəddafinin öldürülməsindəki səbəb də eynidir. Niyə onları dərhal öldürdünüz və məlumatlarını alıb, dünyaya elan etmədiniz?

Bütün bunlardan aydın olur ki, bu mikrobların hamısı Amerika və CIA-nın agentləri, muzdluları və yaratdıqlarıdır. İstifadə müddəti bitdikdə onları öldürürlər. Sonra onların qətllərini Amerika prezidentlərinin xeyrinə uduş kartı etmək üçün gözləyirlər. Yəni bütün bunlar Amerika xalqının etimadını cəlb etmək məqsədilə Amerika prezidentləri üçün seçkidə uduş kartlarına çevrilir. Onlar bu terrorlarla  özlərini Amerika xalqının milli qəhrəmanları kimi təqdim edirlər. Elə həmin səbəbdən oğul Buş, Əbu Müsəb Zərqavini öldürdü. Zərqavi o kəs idi ki, Bağdad küçələrində “tövhid” üçün göz yaşı tökürdü və vay tövhid deyirdi! Və deyirdi ki, şiələrin öldürülməsi ilə tövhid yer üzünə hakim olacaq! Obama Üsamə bin Ladeni, Tramp isə Əbu Bəkr əl-Bağdadini öldürüdü. İndi də Bayden Əymən əl-Zəvahirini öldürür. Bu terrorları təsdiq etməli olanlar Taliban və Əz-Zəvahirinin ailəsidir. Çünki amerikalılar Əfqanıstanda yoxdur, digər tərəfdən də Taliban və Əz-Zəvahirinin ailəsi hələ bu sui-qəsdi təsdiqləməyib. Taliban yalnız Kabilin yaxınlığında tərk edilmiş bir evin Amerika pilotsuz təyyarəsi tərəfindən bombalanmasını elan edib. Bu səbəbdən bəzi analitiklər Əymən əz-Zəvahirinin illər əvvəl öldüyünü və Amerikanın öz elanından lazımi vaxtda istifadə etmək üçün bunu açıqlamadığını düşünürlər.”

Xətib qeyd edib ki, bir araşdırmada deyilir ki, həm bin Laden, həm də Əymən əl-Zəvahiri Əfqanıstana ilk hücumda öldürülüb. Burada üçüncü sual da yaranır və bu da Amerikanın onun varlığından mütləq xəbəri olması və bu müddət ərzində mütləq onun ovucunda olmasıdır. Belə isə niyə onu əvvəllər terror etmədiniz və bu günə saxladınız?

Ayətullah Amili xütbəsinin davamında digər bir sualı da ortaya qoyaraq deyib: “Burada dördüncü sual da var və o da budur ki, nə üçün bu dörd nəfər, hətta bütün İŞİD Fələstinin xeyrinə addım atmadı? Fələstinin xeyrinə bir kəlmə də danışmadılar? Üstəlik, Fələstin daxilində fələstinlilər arasında müharibə və çəkişmələr yaratdılar. İraq, Liviya, Yəməndə də vətəndaş müharibəsi yaratdılar. Buna görə də tədqiqatçılar deyirlər ki, bu dörd nəfər, habelə İŞİD, hamısı CIA, Ərəbistan və vəhhabiliyin birgə əməkdaşlığının məhsuludur. Bu səbəbdən ərəb ölkələrində Əl-Qaidə və İŞİD haqqında belə söz məşhurlaşıb: “Amerika istehsalı və körfəz maliyyəsi”. Məqsədləri də İslamı bədnam etmək, cihad düşüncəsini təhrif etməkdir. Beləliklə təbliğat aparsınlar ki, cihad terror deməkdir!”

İmam cümə beşinci sualı da ortaya qoyaraq deyib ki, 2001-ci ildə 11 sentyabr hadisəsi yaradıldı, bununla da Əl-Qaidə xofu çökdü və yox oldu. Bundan sonra artıq onun gücü, əməliyyatları və mərkəzliyi yox idi. Sanki onun nə vücudu, nə də bir təsiri qalmışdı. Amerika da onların səmərəsiz nəticəsini tamamilə nəzarət altında saxladı. Bəs terrora nə ehtiyac var idi?

Vəliyyi-fəqihin nümayəndəsi matəm mərasimi zamanı partlayıcı əməliyyatlar həyata keçirmək niyyətində olan terrorçuların tutulmasına görə Kəşfiyyat Nazirliyinə təşəkkür edib və deyib: “Böyük əzadarlıq toplantılarında xüsusi bombaları partlatmaq üçün Türkiyə və İraqdan İrana daxil olan on İŞİD-vəhabi-sionist terrorçuları həbs etdiyi üçün Kəşfiyyat Nazirliyinə səmimi təşəkkürümüzü bildiririk. İmam Zamanın naməlum əsgərlərinin kəşfiyyat nüfuzu elə səviyyədədir ki, cinayətkarları Türkiyə və İraqı tərk edən kimi izləyə bilirlər. Bu nazirlik son günlərdə sənəd saxtalaşdırmaqla və iqtisadi korrupsiya ilə məşğul olan böyük və mütəşəkkil şəbəkəni müəyyən edib və onun üzvlərini həbs edib.”

Ərdəbil Əyaləti İctimai Mədəniyyət Şurasının sədri “Jurnalistlər Günü” ərəfəsində olduğumuzu qeyd edərək, bu münasibətlə deyib: “Dəyərli jurnalistlərimizi “Jurnalist Günü” münasibəti ilə təbrik edirik. Həqiqətləri əks etdirmək və insanlar üçün böyük agahlıq neməti istiqamətində fon təmin etmək məqsədilə yazmaq müqəddəs işdir. Hər kəs reallıqları əks etdirməkdən sevinc duymalıdır. Reallıqdan qaçmaq, ya qorxmaq və ya reallığı əks etdirmək qorxusu tərəqqiyə əsas maneədir. Jurnalistlər xalqların ayıq gözləri, həqiqətlərin böyük əmanətdarları və cəmiyyətin ən qorxmaz keşikçiləridir. Xalqın qəflətidən istifadə edərək öz zülmünə davam edən zülmkar hökumətlərin hər zaman etibarlı və dürüst jurnalistlərlə problemləri var. İdeal hakimiyyət həmişə jurnalistin təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir, onlarda cəsarət və azadlıq üçün zəmin yaradır.”

Cümə namazı xətibi ideal jurnalistin göstəricilərini açıqlayaraq deyib: “İdeal jurnalist də qələm müqəddəsliyi və vətən mənafeyi üzərində alver etmir. Qələmi qisas yoluna, şəxsi mənafelər yoluna, həqiqətlərin qəlbinə tuşlanan bir vasitəyə çevirmir, səmavi Kitabda qələmə and içilməsinin müqəddəsliyini qoruyur.”

İmam cümə daha sonra deyib: “Dünyada jurnalistlər bir sıra təhlükələrə məruz qalırlar. Birincisi, ölüm riskidir. Necə ki, sionist rejim iki ay əvvəl Şirin Əbu Aqiləni terror etdi. Hətta, təkcə terror etməklə kifayətlənmədi, həm də Amerika vətəndaşlığı olan bu xristian fələstinli qadının tabutuna hücum edərək onu yerə atdı. Dünya bu iyrənc hərəkətə etiraz etdi, lakin Yaxın Şərqə səfər edən Bayden bunu qınamaq üçün bir söz deyə bilmədi.

İkincisi, senzuranın tətbiq edilməsidir. Şah dövründə qəzetlərə müəyyən sözlər verilirdi və onların bu sözləri işlətməyə haqqı yox idi. Avropadakı yüksək səviyyəli diplomatlardan biri mənə dedi ki, buradakı bütün qəzetlərdən “israil” və sionizm əleyhinə bir kəlmə də yazmamaq barədə öhdəlik alıblar və onlara bu haqda yazmağa haqlarının olmadığı bildirilib.

Üçüncüsü həbsxanadır. Nümunə olaraq qeyd edim ki, Misir həbsxanaları jurnalistlərlə doludur.

Dördüncüsü, qiyabi məhkəmə prosesidir. Qonşu ölkələrdən birində İŞİD təşkilatlandırılaraq Suriyaya göndərilirdi, amma həmin ölkə uca yüksək səslə antiterror şüarları bağırırdı. Həmin ölkədəki jurnalistlərdən biri İŞİD-ə qoşulmaq üçün onlarla İslam ölkəsindən bu ölkəyə gələn və burada İŞİD-in təşkilatlanması ilə bağlı şok xəbər yaydı. Həmin gündən o jurnalist axtarışa verilib və Avropaya mühacirət edib. İndi o, qiyabi məhkəmədə mühakimə olunaraq çox ağır cəza alıb.

Bu yaxınlarda jurnalistlər üçün beşinci müsibət peyda olub. O da mişarla doğranmaqdır. Hansı ki, Ərəbistanının İstanbuldakı konsulluğunda səudiyyəli böyük jurnalist Camal Qaşıqçının başına bu hadisə gəldi və bu yaxınlarda Türkiyə hökuməti bu işdə təqsirləndirilən bütün şəxsləri Ərəbistan hökumətinə təhvil verdi.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button