AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbil imam cüməsi: Azərbaycanın uğurunu, qüdrətini, gücünü və izzətini heç vaxt İrana qarşı təhdid hesab etmirik

 

Ayətullah Amili: “Biz açıq şəkildə və ürəkdən bəyan edirik ki, Azərbaycanın uğuru bizim uğurumuzdur və güclü Azərbaycan bizim arzumuzdur.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftə Ərdəbil müsəllasında ibadət edənlərin və xalqın müxtəlif təbəqələrinin geniş və coşğulu iştirakı ilə qılınan cümə namazının xütbələrində Şahçıraq (ə) ziyarətgahında baş vermiş terror hadisəsinə toxunaraq deyib: “Şirazda baş vermiş faciəli hadisəni pisləyirik və Allahdan diləyirik ki, o məzlum və günahsız namaz qılanların və zəvvarların intiqamını alsın, onların qanlarını hədər getməyə qoymasın.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi: “bu hadisənin niyə xanım Əmininin 40-cı günündə baş verdi” deyə soruşaraq bildirib: “İğtişaşları xaricdən planlaşdıranlar elə təsəvvür edirdilər ki, xanım Əmininin vəfatının 40-cı günü İran alt-üst olacaq. Bunun yanında qətliam törənməsi böhran və xaosu gücləndirəcək, milli birliyi məhv edəcək. Amma onların bu planı əks nəticə verdi. Çünki böyük xalqımız tam bəsirətlə çağırışlara əhəmiyyət vermədi və iğtişaşçılara qoşulmadı. Buna görə Ərdəbil əyalətinin əhalisinə və bütün İran azərilərinə təşəkkür edirəm.”

Ali Məqamlı Rəhbərin ötən illərdə: “bu xalqın ayıq-sayıqlıq neməti üçün yüzlərlə dəfə şükür səcdəsi edilsə, yenə də azdır” söylədiyini xatırladan xətib deyib ki, Şirazda baş verən hadisə xalqımızda dərin bəsirət yaratdı, xalqımız iğtişaş və xaos tərtibatçılarının mahiyyətini, məqsəd və planını dərk etdi.

İmam cümə əlavə edib: “Düşmənlərimizdə Makiavelist düşüncə dalğalanır, qeyri-qanuni yolla məqsədlərinə çatmaq istəyirlər; günahsız insanların öldürülməsi, qətl, yalan və böhtan onların fikrincə tamamilə qanunidir. Bir ay davamlı olaraq silahlı mübarizəyə çağırırdılar, indi deyirlər ki, hökumətin öz işidir. Bizim İslam hökuməti insan həyatına Quran ayəsi və Peyğəmbərin (səlləllahu ələyhi və alih) hədisi əsasında baxır. Allahın Rəsulu (s) buyurur ki, əgər günahsız bir şəxs öldürülsə və göyün və yerin əhli onun öldürülməsinə şərik olsa, Allah bütün göy əhlini və bütün yer əhlini həmin adama görə cəzalandırar. Dinimizin insan qanının dəyərinə baxışı budur. İran millətinin düşmənlərinin baxışı isə günahsız insanları qətliam etməkdir: 400.000 Suriyada, 100.000 Yəməndə, 2 milyon İraqda. Digər ölkələrdə də bu kimi qətllər həyata keçirirlər.

Qərbdə İranın düşmənləri yalan danışmaqda heç nəyi əsirgəməyiblər. İŞİD deyir ki, mən öldürdüm, onlar isə bunu hökumətə aid edirlər. Bütün bu yalanlarla kimsə onlara inanırsa, mütləq özünü aldatmışdır. Əmirəlmöminin əleyhis-salam buyurur ki, mən heç vaxt özümü aldatmamışam və buna görə də heç kim məni aldada bilmədi.”

Ayətullah Amili gənclərə müraciət edərək onlara deyib: “Siz düşmənin xordad ayında Ərdəbildə bir qızın ölməsi adı ilə hazırladığı videonu və xalq arasında necə fitnə yaratdığını, lakin məkrli planının baş tutmadığını, böyük rüsvayçılığa düçar olduğunu gördünüz. Sizcə, belə rəzilliyə düşmüş düşmənə etibar etmək olar? Ona “ayıb olsun” demək lazım deyilmi? Onların İranda iğtişaş yaratmağa susamaları tamamilə qan qoxuyan nəhs və dəhşətli məqsədə işarə deyilmi?”

Ərdəbil imam cüməsi vurğulayıb: “Əgər kimsə düzgünlüyünə əmin olmadığı sözü qəbul edərsə, bu işinə görə Allah qarşısında cavab verməli olacaq. Əmirəlmöminin əleyhis-səlam buyurur ki, haqla batil arasında dörd barmaq məsafə vardır. Haqq odur ki, “gördüm” deyəsən, batil odur ki, “eşitdim” deyəsən. Allahın Rəsulu səlləllahu ələyhi və alih günəşi göstərib buyurdu: Günəş kimi aydın olan hər şeyə şəhadət ver, əks halda ondan çəkin.

Əmin olmadığın, həm də qatı düşmən tərəfindən yayılmış şayiəni qəbul etmək eyibdir və bundan böyük eyib yoxdur.

Reuters xəbər agentliyinin məlumatına görə, İŞİD bu dəhşətli cinayətə görə məsuliyyəti öz üzərinə götürdü. Deməli, əsas günahkarlar İŞİD-i yaradanlardır.”

Ayətullah Amili çıxışının digər hissəsində Qarabağın bizim qırmızı xəttimiz olduğunu bildirərək deyib: “İran heç vaxt deməyib ki, ermənilər bizim namusumuzdur ya ermənilər qırmızı xəttimizdir. Bizim qırmızı xəttimiz Qarabağdır. Mənim kimi heç kim bu tribunada Azərbaycanın ərazi bütövlüyündən, Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyindən danışmayıb. Mən dəfələrlə demişəm ki, həll yolu müharibədir, Minsk Qrupu və danışıqlar deyil. Müharibə oldu və Allaha həmd olsun ki, Qarabağ azad edildi. Qalan az miqdarın da azad edilməsi, Azərbaycana qaytarılması lazımdır. Böyük Rəhbərimiz də çıxışında bütün Qarabağın Azərbaycana qaytarılmasının vacibliyini vurğuladı. Bu, İranın Azərbaycanın Qarabağda qələbəsi üçün verdiyi ən yüksək kömək idi.”

İmam cümə İranın manevrinin Azərbaycana qarşı güc nümayişi olmadığını vurğulayaraq deyib: “Müsəlman, qardaş, qonşu ölkəyə güc göstərmək bizim üçün eybdir. Bizim güc nümayişimiz sərhəddəki vəziyyəti qarışdırmaq və bölgəyə əbədi olaraq problem yaratmaq istəyən pərdə arxasındakı güclər üçündür. Artıq İranla Azərbaycan arasında İrandan Naxçıvana yolun çəkilməsi ilə bağlı müqavilə imzalanıb və İran bunu tam dəstəkləyir. Beləliklə, İranın sayəsində Naxçıvana ən yaxşı və təhlükəsiz yolunuz var, otuz ildir ki, Biləsuvar-Naxçıvan marşrutunu sizin ixtiyarınıza vermişik və bununla da, Naxçıvanda böhran yaranmasına imkan vermədik.”

O daha sonra deyib: “Deyirlər ki, İran bir növ dini qardaşlığını unudub, amma belə deyil. Biz qardaş olmuşuq, qardaşıq və olacağıq. Biz yaxşı qardaşlıq prinsipinə əməl etmişik, edirik və edəcəyik. Hər iki Qarabağ müharibəsində Azərbaycanın yanında olmuşuq, gələcəkdə də problem yaranarsa, Azərbaycanın yanında olacağıq. Birinci Qarabağ müharibəsində Azərbaycana elə kömək etmişik ki, prezidentin köməkçisi Hikmət Hacıyevin dedi: İran sərhədlərini açmasaydı, 400 min azərbaycanlının hamısı qətliam olacaqdı. Cənab Əli Həsənov müsahibəsində dedi ki, əgər birinci müharibədə İranın yardımı olmasaydı, hamımız həlak olardıq. Onların bu müsahibələri internetdə mövcuddur.”

Cümə namazı xətibi deyib: “İranın geosiyasi ambisiyaları olduğunu deyirlər. Sizi inandırıram ki, İranda belə bir ambisiya yoxdur. İran yalnız sərhədləri pozmağa həssasdır. 20 il əvvəl Ermənistan beynəlxalq sərhədləri pozdu və bunun nəticəsində regionda 20 illik müharibə hökm sürdü və bu dağıdıcı müharibədə nə qədər günahsız insan həyatını itirdi. Bu səhvin bir daha təkrarlanmamasını, daha 20 illik müharibə yaranmamasını istəyirik. Əgər müharibə olarsa, regiona dünyanın başqa yerlərindən də başqa ölkələr və qüvvələr gələcək,  regionda sülh və sabitlik pozulacaq. Yaxşı olar ki, hər kəs öz rəsmi sərhədləri daxilində qalsın, ölkəsinin rifahı, rahatlığı və inkişafı ilə məşğul olsun, xalqına xidmət etsin. Bizim manevrin sülh, dostluq və təhlükəsizlik manevri olduğunu deyirik. Çünki sərhədlərin dəyişdirilməməsi sülhün təminatıdır.”

Ərdəbil əyalətinin ümumi mədəniyyət şurasının sədri sonda Azərbaycanın uğurunu İranın arzusu adlandıraraq deyib: “Deyirlər ki, İran Azərbaycanın uğurlarına həmişə qibtə edir və güclü Azərbaycanı özünün təhlükəsi hesab edir. Biz açıq şəkildə və ürəkdən bəyan edirik: Azərbaycanın uğuru bizim uğurumuzdur, güclü Azərbaycan bizim arzumuzdur, sizin tərəqqiniz İslam dünyasının tərəqqisidir. Niyə bundan narahat olmalıyıq? Azərbaycanın uğurunu, qüdrətini, gücünü, izzətini heç vaxt İrana qarşı təhdid hesab etmirik. Qardaşın öz qardaşının izzətini özünə təhlükə hesab etməsi mümkündürmü?

Mənim tövsiyəm odur ki, iki ölkənin böyükləri bir-birlərinin zehniyyətlərini dialoq və müzakirə yolu ilə həll etsinlər, iki ölkə arasında münasibətlərin gücləndirilməsini istəməyən radikallara meydan verməsinlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button