ArxivXəbər lentiXəbərlər

Moskvada yürüş keçirilir

qafqaz.ir rakurs.tv-a istinad xebere gore. Müxalif siyasətçi Aleksei Navalny minlərlə etirazçı arasındadır.
Yürüşü Rusiya Libertarian Partiyası təşkil edir. Partiya Telegram-ın bloklanmasını “milli utanc” adlandırıb.
Partiya vebsaytında bütün iştirakçıları özləriylə Telegram-ın loqosu olan kağız təyyarə gətirmələrini istəyib.
Aprelin 16-da mediaya nəzarət edən dövlət qurumu olan Roskomnadzor Telegram-ın bloklanmasıyla bağlı məhkəmə qərarının icrasına başlayıb. Telegram istifadəçilərin yazışmalarının şifrə kodunu Federal Təhlükəsizlik Xidmətinə (FSB) vermədiyinə görə bu qadağaya məruz qalıb. O vaxtdan Telegram tərəfdarları mənzillərindən, ya da FSB-nin Moskvadakı qərargahına kağız təyyarələr atmaqla etirazlarını bildiriblər.
Telegram istifadəçilərin gizliliyinin qorunmasıyla bağlı narahatlığını əsas gətirib, ancaq qadağaya baxmayaraq əlavənin işləyəcəyini bildirib.
Moskva meriyası yürüşə icazə verməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button