ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zərifin Bakı, Moskva, Tbilisi və Ankaraya səfəri bazar ertəsi günü başlayacaq

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikası, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək.

Qafqaz.ir İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə şənbə günü bildirib ki, Məhəmməd Cavad Zərif bir heyətə başçılıq edərək, bu həftənin bazar ertəsindən etibarən Azərbaycan Respublikası, Rusiya Federasiyası, Ermənistan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Respublikasına səfər edəcək.

Xətibzadə əlavə edib: “İran Xarici İşlər Naziri bu səfərlər çərçivəsində öz həmkarları və bu ölkələrin digər rəsmiləri ilə görüşəcək.”

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu səfərin məqsədləri barədə deyib: “Bu səfərdə ikitərəfli məsələlər, Qafqaz bölgəsinin son inkişafları, əməkdaşlıq layihələri və bölgədə sülhün və sabitliyin inkişafı sahələri müzakirə ediləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button