AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Ərdəbil əyalətinin tələbə və ruhaniləri bəyanat yayıb

Ərdəbil əyalətinin tələbə və ruhaniləri bəyanat yayıb

Bismillahir-Rəhmanir-Rəhim

يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlə r. Ancaq kafirlərin xoşuna gəlməsə də Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz. ” (“Tövbə” surəsi, ayə 32)

KİV-lərin verdiyi məlumata görə, Azərbaycan dövlətinin polisi bu ilin Məhərrəm ayında İranda Rzaxanın naşı və acı təcrübəsini təkrar edib, İmam Hüseyn (ə) əzadarlarına qarşı məhdudiyyət və təzyiqləri artırıb. Lakin bu təzyiqlərə qərar verənlər və əmr edənlər bunu bilsinlər:

1. Belə bir təcrübə tarix boyu İslam aləminin müxtəlif bölgələrində sınanıb və yuxarıda qeyd olunan ayəyə əsasən, uğursuz olub və indi nin özündə də Hüseynin (ə) nuru müsəlmanlar arasınd a birlik yaradıb, İŞİD kimi vəhşisifətlərin hücumu qarşısında müsəlmanların abrını, namusunu və vətənini qoruyub. Hətta sizin özünüz də Qarabağ müharibəsində gördüyünüz kimi əldə edilən qələbə Ya Hüseyn şüarlarının və Aşura məktəbinin təlimi olan şəhadəttələbliyin nəticəsi idi.

2. Hər bir hökumət yaşamaq üçün öz xalqına arxalanmalıdır və məğlub olmuş hökumətlərin səhvi öz xalqına söykənmək əvəzinə xarici hökumətlərin əmrinə qul olmalarındadır. Dünyada, xüsusilə də İslam dünyasında hökumətlərin süqutunun səbəblərini mütaliə etməklə bu nəticəni görmək olar. Azərbaycan xalqı müsəlman, şiədirlər. İmam Hüseynə (ə) sevgi onların canında, qanındadır. Şiənin hər təzyiqə dözməsi mümkündür, ancaq İmam Hüseyni (ə) heç nəyə dəyişməz.

3. Sizin xeyriniz öz xalqınız ilə birgə olmağınızda, İmam Hüseyn (ə) əzadarlığında iştirak etməyinizdədir. Bu, həm xalqın dindarlığını gücləndirəcək, həm öz camiənizdə yaxşılıq yaradacaq, həm də xalq arasında şəhadəttələblik ruhiyyəsini möhkəmləndirməklə hər hansı xarici təhdidin qarşısında dayanacaq.

4. Əmin olun ki, şiə millətlər tərəfindən sizə qarşı heç bir təhdid yoxdur. Ona görə də əcnəbilərin qucağına atılmağa ehtiyac yoxdur. Nə qədər ki, gec deyil öz xalqınızın qucağına qayıdın, onların etiqad və inanclarına hörmətlə yanaşın ki, onlar da sizin yanınızda olsun.

5. Azərbaycanın şiə və hörmətli xalqına elan edirik ki, dünyanın bütün yerlərindəki şiələr sizin yanınızdadır, sizin İmam Hüseyn (ə) əzadarlığızı alqışlayırlar və sizinlə iftixar edirlər. Əmin olun ki, siz qalibsiniz.

Ərdəbil əyalətinin tələbə və ruhaniləri

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button