ArxivXəbər lentiXəbərlər

“Şəhidlər Xiyabanına gedəndə xəcalət çəkirəm, mənə elə gəlir şəhidlər dil açıb deyir ki…”

Qarşıdan 20 Yanvar faciəsinin 29-cu ildönümü gəlir.

Istər 20 Yanvar, istər Xocalı, istərsə də Qarabağ müharibəsində yaşanan digər faciələrlə bağlı filmlərin çəkilməsinə ehtiyac varmı? Bu cür filmlərin ərsəyə gətirilməsi tariximizin təbliği baxımından nə dərəcədə əhəmiyyətlidir?

Moderatora açıqlama verən xalq artisti, görkəmli aktyor Rasim Balayev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Mənə elə gəlir ki, ilk növbədə o şəhidlərin intiqamını almaq lazımdır. Bunun nə yolla – ya siyasi, ya hərbi yolla təmin edilməsi gərəkdiyini bilmirəm. Yəqin ki, onların ruhları bizdən narazıdır. Biz hələ ki, şəhidlərimizin intiqamını ala bilməmişik. Film məsələsi, sonrakı məsələdir. Biz nə isə etməliyik ki, onların ruhu rahatlıq tapsın, ruhları şad olsun.

Mən Şəhidlər Xiyabaına gedəndə bir qədər xəcalət çəkirəm. Mənə elə gəlir ki, şəhidlər dil açıb deyir ki, biz getdik, siz nə etdiniz? Bu mənada onların ruhlarını şad etmək bizim borcumuzdur.

Filmə gəlincə, təbii ki, onlarla bağlı sənət əsərləri yaranmalıdır. Onları, onların fədakarlığını unutmaq olmaz. Unutqanlıq həmişə bizim evimizi yıxıb. Bu səbəbdən də onlar haqqında sənət əsərlərinin yardılmasına şübhəsiz, ehtiyac var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button