ArxivFilm​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Knessetdə etiraz edən nümayəndə ağladı; Netanyahu bizi məhv etdi / VİDEO

 Sionist rejim parlamentinin ( Knesset ) nümayəndəsi baş nazir Benyamin Netanyahunun kabinetinin ekstremizminə və onun məhkəmə dəyişiklikləri ilə bağlı mübahisəli qanun layihəsinə qəzəbləndiyini bildirib və göz yaşı tökərək hakim kabinet koalisiyasına müraciət edərək deyib: Bizim mənfur siyasət aparan nazirlərimiz və yalnız yalan danışan baş nazirimiz var.

“Milli Birlik” müxalifət partiyasından Knessetin üzvü Orit Farkaş Koen mübahisəli məhkəmə dəyişiklikləri qanun layihəsinin yaratdığı məyusluq və qəzəbdən tribuna arxasında ağlayıb.

O dedi: Bu kabinet iğtişaş istəyir və bu qədər dağıdıcılıq indiyə qədər heç vaxt görülməmişdir. Hazırda baş verənlər inanılmazdır. Bizim mənfur siyasət aparan nazirlərimiz və yalnız yalan danışan bir baş nazirimiz var.

Bu sionist nümayəndə əlavə etdi ki, onlar rejimin strukturunu və qanunları zəiflədən qanunlar qəbul etmək istəyirlər, çünki onların bəziləri, özləri cinayət törətməkdə şübhəli bilinirlər (və beləliklə, onlar məsuliyyətdən qaçmaq istəyirlər).

Koen əlavə edib ki, baş verənlərdən qorxur, çünki onlar sionist rejimi böhranın pik nöqtəsinə çatdırıblar və bu rejimi məhv ediblər.

İRNA-nın məlumatına görə, sionist rejim kabinetinin mübahisəli məhkəmə dəyişiklikləri qanun layihəsi hissələrindən birinin Knesset (parlament) iclasında araşdırılmasının başlaması və bu qanun layihəsinin əleyhdarlarının nümayişlərinin miqyasının artırılması və onun tərəfdarlarının gecə saatlarında nümayiş keçirməyə çağırışları ilə sionist rejim olan İsrail həlledici məqamla üz-üzə qalıb və iki tərəf arasında şiddətli toqquşma ehtimalı var.

Bu gün və sabah (bazar ertəsi), Knesset, sabah günorta saatlarına qədər Knessetə səsverməyə təqdim edilməsi gözlənilən məhkəmə dəyişiklikləri qanun layihəsi çərçivəsində “rasionallığın ləğvi” adlı bölməni araşdıracaq. Buna görə də, İsrail rejimi öz qarşısındakı parçalanma və daxili ixtilaflara görə taleyüklü bir zamanla üz-üzədir.

Netanyahunun kabineti “rasionallığın ləğvi” bölməsinə əsaslanaraq, sionist rejimin Ali Məhkəməsinin kabinetin təsdiqi və təyinatları ilə bağlı rəyini əngəlləməyə çalışır. Qanun layihəsinin bu hissəsi sionist parlamenti tərəfindən təsdiq olunarsa və qanuna çevrilərsə, bu rejimin Ali Məhkəməsinin kabinetin “rasional əsassız” hesab etdiyi qərar və ya təyinatlarını ləğv etməsinə mane olacaq.

Netanyahunun kabinetinin bu qanun layihəsini təsdiqləməkdə israr etməsi sionistlərin daxili strukturunu parçalayıb, ixtilafa səbəb olub və etirazlarını bildirmək üçün on minlərlə insanı küçələrə çıxarıb.

Etirazlar o qədər geniş vüsət alıb ki, İsrail rejiminin ən mühüm hərbi birləşməsi olan Hərbi Hava Qüvvələrinin mərkəzinə çatıb; Belə ki, onlarda Nazirlər Kabinetinin və ordu komandanlığının əmrlərinə tabe olmamağa bənzər bir vəziyyət yaranıb. Habelə, bu rejimin ehtiyatda olan ordu mənsublarının yüzlərlə zabit və əsgəri də mümkün əməliyyatlarda iştirak etmək üçün hər hansı əmri qəbul etməkdən imtina ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button