ArxivXəbər lentiXəbərlər

Rusiyada İŞİD-lə əməkdaşlıqda şübhəli bilinənlər həbs olunub

Rusiya rəsmiləri bu ölkədə İŞİD terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 30 nəfərin həbs olunduğunu bildiriblər.

Qafqaz.ir-in  Press TV-yə istinadla verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyi şənbə günü bildirib: Bu 30 nəfər paytaxt Moskvanın 20 km şərqində yerləşən Balaşixa şəhərində həbs olunub.

Qeyd edək ki, Rusiyanın təhlükəsizlik xidmətləri son vaxtlar İŞİD terror qruplaşmasına qoşulan rus vətəndaşlarınıın sayının artdığını bildiriblər.

Bu məlumata əsasən, iyun ayında 2-5 min rus vətəndaşı Yaxın Şərqdə İŞİD-in silahlı qarşıdurmalarında iştirak edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button