ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

“Ərbəin mərasiminin düşmənləri bu fürsətdən məhrum edilməlidir!”

“Ərbəin mərasiminin düşmənləri, Səddamın davamçıları və hər hansı rəzil insanlar bu fürsətdən məhrum edilməlidir”

 İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədr İraqda bəzi qrupların fitnə salmağa çalışdıqlarını bildirib.

Müqtəda Sədr çərşənbə axşamı axşam Twitter səhifəsində Ərbəin mərasiminin əhəmiyyəti barədə paylaşım edib.

O, paylaşımında, Ərbəinin müqəddəsliyinin və əməllərinin diqqətdən kənarda qalmamasının vacibliyini və İraqın təhlükəsizliyindən hər bir kəsin məsuliyyət daşıdığını bildirib.

Müqtəda Sədr Ərbəin mərasimində Kərbəla səlahiyyətlilərindən təhlükəsizlik qüvvələri tərəfindən nəzarət-buraxılış məntəqələri quraraq təhlükəsizliyi öz üzərinə götürmələrini istəyib.

Qeyd edək ki, Ərbəin ziyarətçilərinin təhlükəsizliyini təmin etmək üçün İraq ordusu ziyarətçilərin marşrutlarına yerləşdirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button