ArxivXəbər lentiXəbərlər

Cəlilalabadda büdcəni belə talayırlar – Əziz Əzizov belə varlanır

Cəlilabadda müəlllimlərdən artıq pul yığmağa başlayıblar. Bildirilir ki, hər müəllimdən 50 manat istənilir. Səbəb kimi isə rayonun İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun məktəb direktorlarından 5 min manatdan 15 min manata kimi pul tələb etməsi göstərilir. Ən maraqlısı isə odur ki, yayılan məlumatlarda Cəlilabad rayonunda artıq 3-cü aydır ki, müəllimlərin maaş almadığı iddia edilir. “Belə olan halda müəllimlər onlardan istənilən pulu hardan tapmalıdırlar?” deyə sual edilir. Rayonda müəllimlərin maaşının bu qədər müddətdir verilməməsinin səbəbləri açıqlanmır. Bəzi iddialara görə, təhsil şöbəsinin müdiri həmin pulları icra başçısına verib və bu səbəbdən də müəllimlərə maaşların ödənilməməsini əsaslandıra bilmir.

İkiqat qazanc həvəskarı

İcara başçısı Əziz Əzizov son illər rayonun sosial iqtisadi inkşafı üçün həyata keçirilən lahiyyələrdən istifadə edərək öz şəxsi biznesini gücləndirir. İcra başçısı rayonun təmiri, abadlaşdırılmasında istifadə edilən mal matrealalrın alınması üçün Cəlilabad şəhərinin girəcəyində bir neçə tikinti materialları topdansatış mərkəzini açdırıb. Verilən məlumatlarda vurğulanır ki, Əziz Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Məlumata əsasən dövlət başçısının rayonların sosial iqtisadı inkşafı üçün ayırdığı milyonlarla vəsaitdən daha effektli bəhrələnmək üçün icra başçısı tikinti maeriallarını öz dükanından alır. Təbii ki, bu zaman qiymətlər də bir neçə dəfə şişirdilir.

Belə ki, rayon mərkəzinin abadlaşdırılması üçün istifadə olunan üzlük və mərmər daşları icra başçsının ticarət obyektlərindən alınır. Daxil olan məlumatda bildirilir ki, Əziz Əzizov bu işləri görən şirkətlərə göstəriş verib ki, bütün tikinti mallarını ona məxsus obyektlərdən alsınlar.

Bundan başqa kənd məktəblərinin təmiri üçün istifadə olunan taxta və qapı-pəncərələrin alınması da icra başçısının biznesinə daxildir. Bildirilir ki, Əziz Əzizov həm şəxsi biznesindən, həm də alınan malların qiymətini bir neçə dəfə şişirtməklə külli miqdarda gəlir əldə edir. Bundan başqa icra başçısı iş görən şirkətlərdən “faiz” də alır. Belə ki, iddiaya əsasən Əziz Əzizov rayon ərazisində abadlaşdırma, təmi işi ilə məşğul olan bütün müəsissələrə “öz haqqını” qoyub. Qeyd olunur ki, Bakı-Cəlilabad yolunun üstündə fəaliyyət göstərən bir neçə iri topdansatış tikinti materialları dükanı və başqa obyektlərdə icra başçısına məxsusdur və bu obyektləri Cəbrayıl rayonundan olan bir nəfər idarə edir.

«Çirkli pulları yuyan» bank filialı

Bu yaxınlarda Kərəm Həsənovun «çirkli pulları»nı «təmizləmək» üçün yararlandıqları bank da üzə çıxmışdı. Məlum olmuşdu ki, Beynəlxalq Bankın Cəlilabad filialı komitə sədrinin yaxın qohumu olan Xalis Abbasova həvalə olunub. Bütün maliyyə əməliyyatları da bu filial vasitəsi ilə həyata keçirilir. Həmin bank filialının həmçinin Cəlilabadın icra başçısı Əziz Əzizovun da pullarını ölkə xaricinə çıxarmağa yardımçı olduğu vurğulanır. Çox maraqlıdır ki, «Baku Mall»dan əldə olunan gəlirlərin də məhz sözügedən bankın filialı vasitəsi ilə reallaşdırıldığı iddia edilir.

Onu da xatırladaq ki, “Baku Mall” ticarət mərkəzi keçmiş “Qələbə” kinoteatrının yerində tikilib. Adıçəkilən kinoteatr müəmmalı şəkildə özəlləşdirilib söküləndən sonra, yerində ticarət mərkəzi peyda oldu.\ Demokratiya.info\
Cəlilalabadda büdcəni belə talayırlar - Əziz Əzizov belə varlanır VİDEO
Cəlilalabadda büdcəni belə talayırlar - Əziz Əzizov belə varlanır VİDEO
Cəlilalabadda büdcəni belə talayırlar - Əziz Əzizov belə varlanır VİDEO
Cəlilalabadda büdcəni belə talayırlar - Əziz Əzizov belə varlanır VİDEO

Cəlilalabadda büdcəni belə talayırlar - Əziz Əzizov belə varlanır VİDEO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button