ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ər üçün rahatlıq yaratmaq

Həqiqi rahatlığın təhsil səviyyəsi və universitet diplomu ilə bağlılığı yoxdur. Çox qadınlar vardır ki, savadlarının az olmasına baxmayaraq ailədə elə rahatlıq yarada biliblər ki, kişi asudə və heç bir narahatlıq hiss etmədən evdən qıraqdakı çətin işləri yerinə yetirib.

Həzrət Zəhra (ə) yüksək ilahi elm və mərifətə sahib olmaqla yanaşı, həm də ən yaxşı həyat yoldaşı, çətin günlərdə İmam Əlinin (ə) köməkçisi idi.

Ayə

«وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً»

“Ünsiyyətdə rahatlıq tapasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.”

(“Rum” surəsi, ayə 21)

Hədis

قالَ أمیرَالمُؤمِنین)ع): «…لَقَدْ کُنْتُ أنْظُرُ إلَیْها فَتَنْکَشِفُ عَنِّی الْهُمومَ وَ الأحْزانَ»

İmam Əli (ə) həzrət Fatimənin (ə) vəsfində buyurur: “Onun (Fatimənin) üzünə baxdıqda bütün qəm-qüssələrim aradan qalxardı.”

(“Biharul-ənvar”, c. 43, səh. 134)

Ənənə

– Bütün bu müddət ərzində onu çox səbirli gördüm. Xüsusilə də Allahın rəsulunun (s) vəfatından sonra dağ kimi səbirli və dözümlü idi. Hətta bəzi vaxtlar biz ona təsəlli verməkdən, o bizə təskinlik verirdi.

Özümü Əlinin (ə) yerinə hesab etdikdə, görürəm ki, bu qədər çətinliyə dözmək mənim belimi sındırar. Salman! Görəsən, Əlinin (ə) bu qədər səbirli və dözümlü olmasının sirri nədir?

– Bir gün Əlidən (ə) həmin sualı soruşdum. Buyurdu: “Fatimənin (ə) üzünə baxanda mənə üz gətirmiş bütün qəm-qüssələri unuduram.” Allah eləməsin, Fatimə (ə) bir gün olmaya.

(“Biharul-ənvar”, c. 43, səh. 134)

Hekayə

Deyirdi: “Bəndə haqqı tanımalıdır. İnsanların haqqını yerinə yetirə bilməyən kəs, Allahın haqqını da yerinə yetirə bilməz.”

Öz həyat yoldaşı barədə demişdi: “Məni bura çatdıran həyat yoldaşım oldu. O, mənim həyatımın ortağı olub. Yazdığım bütün kitabların yarısı bu xanımındır.”

Həyat yoldaşının xəstəliyi Əllamənin bütün fikrini məşğul etmişdi. 27 gün bütün işlərini buraxıb onun qulluğunda dayandı. Xanımı dünyadan getdikdən sonra 4 il boyunca onun qəbrinin ziyarətinə getdi. 4 ildən sonra yenə həftədə iki dəfə gedirdi.

Əllamədən həyat yoldaşına qarşı bu qədər diqqətli olması barədə soruşduqda demişdi: “Həyat yoldaşımın evdə yaratdığı rahatlıq sayəsində mən bu mərtəbəyə çata bilmişəm.”

(Əllamə Təbatəbaidən bir xatirə)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button