ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Əmir Abdullahian: Qeyri-qanuni xarici qüvvələrin Suriyanı tərk etmə vaxtı çatıb

İranın xarici işlər naziri Suriya ərazisində qeyri-qanuni mövcud olan xarici qüvvələrin çıxarılmasının və bu ölkənin ərazi bütövlüyünə hörmət etməyin vaxtının yetişdiyini bildirib və deyib ki, Tehran bütün tərəfləri Suriyanın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə hörmət etməyə çağırır.
Qafqaz.ir-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan söyləyib: Suriyada baş vermiş son zəlzələyə görə, bu ölkənin rəhbərliyi və xalqı ilə həmrəylik ifadə edirik. Biz Suriyanın kədərilə bölüşmək üçün Dəməşqdəyik. Suriya və İran çətin günlərin dostlarıdırlar və biz belə günlərdə Suriyanın kənarında qalacağıq.
O, əlavə edib: Biz bəzi region ölkələrinin Suriyanın bölgədəki yeri və mühüm rolu qarşısındakı gerçək mövqelərini rəğbətlə qarşılayır və buna sevinirik.
Əmir-Abdullahiyan vurğulayıb: İsrail rejiminin vəhşicəsinə yanaşmadakı məqsədi, ümumi fikri bu rejimin daxili böhranlarından yayındırmaqdır.
O, sözlərinə belə davam edib: İnanırıq ki, regiondakı ikitərəfli məşvərət və müzakirələr, həmçinin çoxtərəfli danışıqlar böhranların əsas həll yolu olaraq, regionda dəyişiklik və inkişaf istiqamətinə şərait yaradacaq. İran böhranlardan çıxış və artmaqda olan əməkdaşlığa nailolma istiqamətində Suriya barədə dördtərəfli yığıncağı alqışlayır.
Biz bütün amerikalı qüvvələrin Suriya ərazisindən çıxışı zərurətinə və bu ölkənin suverenliyinə hörmətə inanırıq- deyən İran xarici işlər naziri əlavə edib: Biz Suriyada baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək və xidməti davam etdirəcəyik. Suriyalı tərəflə müzakirələrimiz bu ölkədə davamlı sabitlik və təhlükəsizlik üzərində təmərküzləşib.
Əmir Abdullahian çıxışının digər hissəsində Suriya ərazisində qeyri-qanuni mövcud olan xarici qüvvələrin Suriyanı tərk etməsinin və bu ölkənin ərazi bütövlüyünə hörmət etməyin vaxtının yetişdiyini deyib və əlavə edib: Tehran bütün tərəfləri Suriyanın ərazi bütövlüyü, təhlükəsizliyi və sabitliyinə hörmət etməyə dəvət edir.
İran xarici işlər naziri daha sonra deyib: Sionistləri çətin günlər gözləyir. Onlar peşmanedici günləri qarşılamalıdırlar. Gələcəkdə regionda sionistlərə yer olmayacağına əminik. Region ölkələri isə dialoq, anlaşma və həmkarlıq istiqamətində inamlı addımlar atacaqlar.
Suriyanın xarici işlər naziri Feysəl Əlmiqdad da bu mətbuat konfransında öz fikirlərini bəyan edib: Amerikalı hərbçilərin Suriyanın şimalından qovulması həmişə Suriya hökumətinin prioritetində durub və duracaqdır da.
O, əlavə edib: Hazırda bizim regiondakı tapşırığımız budur ki, vəziyyəti onun adi gedişatına qaytaraq. Biz çoxqütblü bir dünya yaratmaq istiqamətində anlaşmaq üçün yeni ölkələr ardınca olmalıyıq.
Əlmiqdad söyləyib: Tehranla Dəməşq arasındakı koordinasiya ən yüksək səviyyədə cərəyan etməkdədir və iki ölkə özünü heç bir vəchlə iki fərqli mövqedə hiss etmir.
İranın regiondakı rolu önəmlidir. Bu ölkə təhlükəsizlik və sabitlik istəyir. Biz də bu istəkləri himayə edirik. Regionda təhlükəsizlik və sabitliyin yaradılmasını həyata keçirmək işğalçılıq və əcnəbilərin iştirakının altında mümkün deyil- deyə, Əlmiqdad vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button