ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əmir Abdullahian anti-İran qətnaməsinin təşəbbüskarlarına xəbərdarlıq edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının Toplantısı öncəsi Twitter səhifəsində etdiyi paylaşımda Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrel ilə son telefon danışığına toxunub və yazıb: “Biz Josep Borrell ilə sanksiyaların ləğvi ilə bağlı danışıqların necə davam edəcəyini müzakirə etdik. İrana qarşı qətnamə layihəsini MAQATE qurumuna təqdim edənlər təhdid metodunun davam edəcəyi təqdirdə bütün nəticələrə görə məsuliyyət daşıyacaqlar”.

“Biz yaxşı, güclü və davamlı sazişi alqışlayırıq. Əgər Amerika və üç Avropa ölkəsi realist davransa, razılaşma əldə oluna bilər”, – deyə İranın xarici işlər naziri əlavə edib. 

Amir Abdullahian daha əvvəl Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə telefon danışığında xəbərdarlıq edib ki, MAQATE-nin Direktorlar Şurasının iclasında ABŞ və üç Avropa ölkəsinin istənilən siyasi addımına, İran dərhal, təsirli və mütənasib şəkildə cavab verəcək. 

Qərb ölkələri, xüsusilə də ABŞ Vyana danışıqlarında yaranan fasilədən sonra media və psixoloji əməliyyatlarının davamında etdirərək, nüvə anlaşmasının canlandırılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmək əvəzinə İranı günahlandırmaq üçün müxtəlif bəhanələrə əl atırlar. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button