AktualAktualArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Əliyevin İran əleyhinə cəfəngiyyatının səbəbləri – Təhlil

Azərbaycan Respublikası zaman-zaman ölkəmiz əleyhinə hərəkətlər etmiş və son iki onillikdə qərb və sionist rejimin meydanında oynayaraq bu yoldan xal qazanmağa cəhd edən ölkələr sırasındadır.
Qafqaz Həqiqətləri – Son 3 onillikdə İran İslam Respublikası qonşuları ilə balanslı münasibətlər qurmağa çalışıb və ölkəmizə qarşı terror qruplaşmalarına ev sahibliyi edən ölkələr istisna olmaqla, bütün ölkələrlə dostluq və əməkdaşlıq yolunu tutmuşdur.
Terrorçulara ev sahibliyi edən ölkələrə gəlincə, onlar da öz siyasətini dəyişib, mehriban qonşuluq münasibətinə yiyələndikdə, münasibətlərin inkişaf etdiyinin şahidi oluruq.
Bəzi hallarda qonşu dövlətlər İrana qarşı təxribatçı və məkrli addımlar atıblar. Buna misal olaraq Səudiyyə Ərəbistanını göstərmək olar. Onun dövlətçilik mahiyyəti, eləcə də düşmən münasibətlərə çevrilən geosiyasi və ideoloji rəqabətlər səbəbindən, əksər hallarda şifahi qarşıdurmaların, hətta vəkalət müharibələrinin şahidi olmuşuq.
Amma bəzi hallarda qonşu ölkələrdə elə hökmranlar hakimiyyətə gəliblər ki, öz hökuməti dövründə İslami İrana zərər vurmağa çalışıblar, lakin onların hökumətdən uzaqlaşdırılması ilə iki ölkə arasındakı münasibətlər yenidən yaxşı və geniş əlaqələrə çevrilib. Buna da misal olaraq İraq ölkəsini göstərmək olar.
Azərbaycan Respublikası zaman-zaman ölkəmiz əleyhinə hərəkətlər etmiş və son iki onillikdə qərb və sionist rejimin meydanında oynayaraq bu yoldan xal qazanmağa cəhd edən ölkələr sırasındadır. Təbii ki, yaxşı iqtisadi münasibətlər qərbin Bakıya verdiyi güzəştlərdən biri olub.
Bu məsələ Bakının İslam Respublikasına qarşı sinusoidal davranışının şahidi olmağımıza səbəb olub. Təbii ki, bu da qərbin ölkəmizə qarşı siyasəti istiqamətində baş tutur.
Bu çərçivədə qərb dövlətlərinin İran əleyhinə fitnəyə əl atmaları üzündən son iki ayda İranda baş verən etirazlarada Bakı da öz öhdəliyini yerinə yetirməyə çalışdı.
Bu həftənin ortalarında İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı bu ölkənin hərbçiləri arasında keçirilən mərasimdə “biz burada əsas güc sahibiyik, bizim ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib” kimi ifadələr işlətdi və İran əleyhinə sərsəmləyərək dedi: “lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər”.
Bu bəyanatlardan və hamısı hökumətin nəzarətində olan ölkə mediasının İran əleyhinə proqramlarının davam etməsindən sonra Tehran Azərbaycan səfirini çağırdı və xarici işlər nazirinin köməkçisi və Avrasiya işləri üzrə baş direktor İran İslam Respublikasının Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qeyri-dost bəyanatları və bu ölkə mediasında gedən çirkin kampaniya ilə bağlı narazılığını və kəskin etirazını Azərbaycan səfirinə çatdıraraq bildirdi: “Bu prosesin ən qısa zamanda başa çatdırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik.”
Gözlənti bu idi ki, bundan sonra Bakı bir az özünə gəlib İran əleyhinə hərəkətlərinə, bəyanatlarına son qoyacaq. Amma dünən axşam Əliyev türk dövlətləri təşkilatının toplantısında ölkəmizə qarşı yeni açıqlamalar verərək dedi: “Hesab edirəm ki, türk dövlətləri təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.
Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Bu açıqlamanı İrana qarşı cəfəngiyyatda daha irəli getmiş bir addım kimi qiymətləndirmək olar, çünki bu dəfə ölkəmizin daxili işlərinə qarışmışdır.
Buna cavab verməli olan məsul qurumların reaksiyası və Xarici İşlər Nazirliyinin bununla bağlı həyata keçirməli olduğu tədbirlərdən başqa; Əliyevin son bir həftədə bu cür anti-İran bəyanatları son iki ayda bir neçə halla əlaqələndirilə bilər:
  1. İranda son iki ayda qərbin və bəzi region ölkələrinin tam dəstəyi ilə davam edən, ona silahlı xaos və rəng verməyə çalışdıqları iğtişaşlar və ölkəmizi suriyalaşdırma planı uğursuzluğa düçar oldu. Bu iğtişaşlarda qərb müxtəlif ölkələrə müxtəlif vəzifələr tapşırmışdı. Biri, Səudiyyə Ərəbistanı kimi özünün “İran İnternational” adlı mediasından istifadə etdi, İraqın Kürdüstanı kimi bir bölgə də ölkəmizə silah yeritdi, İlham Əliyev də bu karvandan geri qalmamaq üçün İran əleyhinə ifadələr dilinə gətirirdi və onun KİV-ləri də qondarma cənubi Azərbaycan mövzusunu ortaya arıtdılar.
  2. Şahçıraq terror dəstəsinin terrorçu üzvlərinin tutulması və onun ikinci terrorçusunun Azərbaycan Respublikasından İrana daxil olması və bir sıra əlaqələndirmə işlərinin Bakıdan həyata keçirilməsi. Bu məsələ Bakıya baha ağır gəldi, ona görə də ilk mərhələdə İran və Suriyada təlim keçdiklərini və Azərbaycan Respublikasında asayişi pozmaq ardınca olduqlarını iddia etdikləri silahlı terror qruplaşmasının həbsi ilə bağlı xəbərlər dərc etməklə İranın bəyanatına cavab verməyə çalışdı, ikinci mərhələdə isə Əliyevin anti-İran bəyanatları ilə macaranı tamamlamağa cəhd etdi.
  3. Paşinyanın İrana səfəri, Qafqazda baş verənlərlə bağlı hesabat təqdimatı və onun Qafqaz məsələlərində İranın mühüm və təsirli rolunu vurğulaması Bakının xoşuna gəlməmişdir.
  4. İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən “Qüdrət” hərbi təliminin həyata keçirilməsi, hansı ki, bu təlimdə ilk dəfə olaraq Araz çayını keçmək məşq edildi və bunun Azərbaycan hökumətinə aydın mesajı var idi. Bunun ardına Bakı Araz yaxınlığında təlim keçirərək İrana cavab verməyə çalışsa da bu addım elə də əkssəda doğurmadı.
  5. Ölkəmizin şimal sərhədlərində baş verən geosiyasi dəyişikliklərin qəbuledilməz olması ilə bağlı İranın dəqiq mövqeyi. Hansı ki, bu məsələ İslam Respublikasının ən yüksək səviyyəsində, yəni İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bəyanatında yer almışdır və bu, ölkəmizin siyasi və hərbi orqanları tərəfindən izlənilmişdir.
Yuxarıda qeyd olunan halları Əliyevin son zamanlar İrana qarşı hədyanlarının səbəblərindən bir hissəsi kimi da saymaq olar. Qeyd edək ki, bu səbəblərin bəzilərinin davam etdiyinə görə onun hədyanlarının da davam etməsi gözlənilir. Buna baxmayaraq, müvafiq qurumlar, o cümlədən ölkəmizin Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin bu açıqlamalarına aydın və qəti cavab verməlidir ki, belə ifadələrin təkrarlanmasının şahidi olmayaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button