ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əliyevin Harop ilə şəkil çəkdirməsində mesaj var idi

 Azərbaycan hökumətinin sionist müşaviri olan Arye Qut Laf TV internet televiziyasında journalist Afət Telmanqızının suallarını cavablandırarkən deyib: Azərbaycan prezidenti İlham Əliyevin

Haropla şəkil çəkdirməsindən çox məmnun oldum. Bu hərəkətin mesajı ondan ibarət idi ki, siz hər nə deyirsiniz deyin, biz artıq İsraillə əlaqə qurmuşuq və onu davam etdirəcəyik.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İran sərhədləri yaxınlığında İsraildən əsər-əlamət olmadığını iddia etsə də, Cəbrayılda Harop PUA-sının yanında şəkil çəkdirib.

Dövlət başçısı qeyd edib ki, İranın rəsmi şəxsləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Bunlar İsraili burada harada görüblər?! Sübutlar yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın”.

Əliyev söhbətinin davamında İsrail rejimi ilə əlaqə qurmağı ölkəsinin suveren hüququ adlandırıb. “Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin!”, – deyə Azərbaycanın dövlət başçısı bəyan edib.

Rəsmi Tehran isə bildirir ki, sionist İsrail rejiminin region üçün yarada biləcəyi təhlükələr və fitnələrə göz yummayacaq, və lazım gələrsə, adekvat tədbirlər görəcəkdir. Bununla belə Arye Qut-un açıqlamasından bu qənaət hasil olur ki, sionistlər özlərini Azərbaycana doğma və xilaskar kimi qələmə verərək bu müsəlman ölkəsində qalmaq niyyətindədirlər.

Qəribədir ki, Arye Qut sionistlərin bölgəmizdə varlığını əsaslandırmaq üçün Qarabağ müharibəsi təcrübəsinə istinad edib və deyib ki, guya İsrail ilə münasibətlər olmasaydı, ikinci Qarabağ müharibəsi Azərbaycan üçün çox çətin olacaqdı. Və qələbənin əldə olunmasında guya İsrail rejiminin hərbi texnologiyasının da payı olub.

İsrailli ekspert bu müsahibədə “İran qoşunlarının Zəngilanda olması və guya Azərbaycan Respublikası qüvvələrinin irəliləməsinə mane olması”, “İran silahlarının guya Ermənistana göndərilməsi” də daxil olmaqla saxta iddialar irəli sürüb və sionistlərə xas olan riyakarlıqla İlham Əliyevi tərifləyib. “Biz başa düşürük ki, Azərbaycan prezidenti hər şeyi anlayır və Qafqazın geopolitikasında yaxşı işləyib. Azərbaycan prezidentinə dərs keçmək olmaz. Vəziyyətin ağır olduğunu çox yaxşı anladı, amma müharibə həddinə çatmadığını bilir”, -deyə sionist politoloq əlavə edib.

Azərbaycan xalqında İrana qarşı nifrət hissini aşılayan məkirli sionist söhbətinin davamında bütövlükdə İran İslam Respublikasının Birinci Qarabağ Müharibəsi zamanı azərbaycanlı qaçqınlara yardım göstərməsini inkar edib. “Azərbaycanlılar canlarını götürüb qaçanda, siz haradaydınız?”

Görünür, sionist rejim emissarları bu rejimin xərçəngvari nüfuzunu təmin etmək və istənilən halda müslman ölkəsini İranın əleyhinə plasdarma çevirmək üçün bütün imkanlarını səfərbər ediblər. Lakin onlar unudurlar ki, bütün hərəkətləri İranın nəzarəti altındadır.

Bununla əlaqədar İranın XİN başçısı Səid Xətibzadə jurnalistlərlə müsahibədə bu ölkə sərhədlərinin kənarında sionist rejimin qanunsuz varlığının dözülməz olduğunu vurğulayıb.

“Sionist İsrail rejiminin qeyri-qanuni varlığının yaratdığı təhlükələrə bölgədəki bütün ölkələr daha çox diqqət yetirməlidir. Qonşularımıza dostcasına və müxtəlif kanallar vasitəsilə bildirdik ki, İran İslam Respublikası sionist rejimin sərhədlər yaxınlığında qeyri-qanuni mövcudluğuna dözmür və bu mövzuda heç kimlə zarafat etmirik”, – deyə hökumət rəsmisi qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button