ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əli Kərimli: “Təkcə Abbas Hüseyn nümunəsi rejimin Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatını İran agenti elan etməsi kampaniyasını ifşa etməyə kifayət edir”

Təkcə Müsəlman Birliyi Hərəkatı öncüllərindən olan Abbas Hüseyn nümunəsi rejimin Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatını İran agenti elan etməsi kampaniyasını ifşa etməyə kifayət edir. Cəzaçəkmə müəssisəndə Abbas Hüseyn bilirsiz, ən ağır işgəncələrə nəyə görə məruz qalmışdı? Elə bilirsiz hansısa İran mollası ilə əlaqəsinə görə? Yox, əlbəttə. Abbas Hüseyn Qobustan qapalı həbsxanasından sosial şəbəkələrə mesaj göndərib, mənim ad günümü təbrik etmişdi. Abbas Hüseyni həmin təbrikə görə orta əsrlərdəki kimi çarmıxa çəkmişdilər. Əllərini, ayaqlarını qandalla əks istiqamətlərə bağlayıb, özündən gedənədək o vəziyyətdə saxlamışdılar.

2021-ci ilin payızında İrandan qanunsuz şəkildə Xankəndinə yüklərin daşınmasına görə Azərbaycanla İran arasında gərginlik yarananda da bu gün trolluq edənlər ortada deyildi, yoxa çıxmışdı, ancaq Abbas Hüseyn ortaya əsl vətəndaşlıq mövqeyi qoydu. Cəzaçəkmə müəssisəsindən bəyanat göndərən Abbas Hüseyn yazırdı:
“Biz Əli şiəsiyik. İranın yox…
Hamı bilsin ki, hər zaman haqqı, ədaləti, İslami dəyərləri sevdiyim kimi, öz vətənimi, millətimi və dövlətimi də sevmişəm.
Bilirik ki, bütün dinlər və sonuncu din İslam dini də doğru yaşamağı, haqqı qorumağı və haqlı olanın yanında olmağı əmr edir…
Çox təəssüf ki, müsəlmana gələ biləcək zərər və ziyana görə sadə vətəndaşın düşünə bildiyini, böyük bir İslam dövləti illərdir ki, düşünə bilməmişdir. İllərdir ki, öz yanacağını müsəlman qanını töküb torpaqlarını işğal edən, məscidləri sökən ermənilərə göndərmişdir. Sadə bir müsəlmanın etməkdən çəkindiyi əməli, bu boyda İslam dövlətinin etməsi təəssüf hissi yaradır. Bu əməllər “zalıma xidmət etmək haramdır” deyən imam Əli əleyhissəlamın kəlamını tapdalamaq və haqqı gizlətmək anlamına gəlir.
İslam təəssübkeşi kimi özünü dünyaya tanıtdıran bir dövlətin maddi marağına görə gördüyü işin ağrı-acısını 30 il xalq olaraq, çəkdik.
Satılan yanacağın sayəsində tanklar, zirehli texnikalar, əlisilahlılara xidmət edən maşınlar vətən müharibəsində müsəlman qardaşlarımı şəhid etdi. Ticarətin maddi xeyrini onlar qazansa da, lakin 44 gün içərisində bizim ölkədə yüzlərlə qardaşımızın həyatına son qoydu. Bu ticarət olmasaydı, bəlkə də hadisələr bu dəhşətdə olmayacaqdı. İslamı təhqir edənlər, məscid sökənlər, məzar dağıdanlar daha tez zamanda məhv olacaqdı. Kimisi evində, kimisi şəhərdə gəzəndə, kimisi də süfrə arxasında oturduğu zaman yanacağın hərəkət etdirdiyi raketlər atılıb şəhid edilməzdi.
Yanacağı ilə müsəlman düşməni erməniləri qızışdıranlar indi də, raketləri ilə bizləri hədələyir. Əliqanlı qatillərə dost-qardaş deyənlər, yanlış siyasətinizə son qoyun. Müsəlman ilə həmrəy olun, düşmənimiz Ermənistan ilə yox.”
Belə vətənpərvər və cəsur insanları şərlədib məhbəslərdə çürüdənlər, çirkin siyasi məqsədləri üçün böhtan atıb “İran agenti” adlandıranlar, rejimin bu qaralama kampaniyasına kor-korənə qoşulanlar heç utanırmı?
Abbas Hüseyn kimi vətənpərvər gəncləri şərləmək həbs etmək, üstəlik də “İran agenti” damğası vurmağa çalışmaq heç bir bəraəti olmayan anti- insani əməldir.
Əli Kərimli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button