ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Əli İnsanovdan sensasion açıqlama: “Putin icazə verməsə, Ərdoğan Şuşaya gedə bilməyəcəkdir”

Azərbaycanın sabiq səhiyyə naziri və hökumətin tənqidçilərindən olan Əli İnsanov Ərdoğanın Şuşaya yalnız Putinin razılığı ilə gedə biləcəyini iddia edib.

Qafqaz.ir-nin məlumatına əsasən, Azərbaycan Respublikasının “Haqq və Ədalət” partiyasının sədri və uzun illər rüşvətxorluq ittihamı ilə həbsdə olmuş sabiq məhbus Əli İnsanov deyib: “Rusiya prezidenti Vladimir Putin razılıq verməyənədək, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Şuşaya səfər edə bilməyəcək”.

O, “İnqilab TV” ilə müsahibədə deyib: “Putin Ərdoğanın Şuşaya səfəri zamanı onun təhlükəsizliyini qorumaq üçün heç bir şərait yaratmayacaq. Ən azı bir neçə yüz türk hərbçisi Qarabağa gəlməlidir, amma Rusiyanın Türkiyəyə belə bir icazə verməsi real görünmür”.

Əli İnsanov Türkiyənin Azərbaycanda hərbi varlığının simvolik xarakter daşıdığını bildirib və deyib: “Hazırda 56 türk əsgərinin Ağdam şəhərindəki Atəşkəsə Nəzarət Mərkəzində yerləşməsi elə də əhəmiyyətli deyil. Bəziləri insanları arxayın salmaq üçün Türkiyənin onsuz da Azərbaycanda hərbi varlığının olduğunu deyirlər. Halbuki, Atəşkəsə Nəzarət Mərkəzində olan əsgərlər və zabitlər yalnız öz otaqlarında otururlar və heç bir iş görmürlər və heç kim də onların sözlərinə əhəmiyyət vermir”.

Əli İnsanovun dediyinə görə, Türkiyə ilə Rusiya arasında bir razılaşma əldə edilərsə və yüzlərlə türk əsgəri Şuşada yerləşərsə, Ərdoğan yalnız belə bir şəraitdə Şuşaya səfər edə bilər. Əks təqdirdə, Azərbaycan hökuməti heç bir iş görə bilməyəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button