ArxivFilm​IslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əli Əlizadə: “Əsli olmayan xəbərlərə inanmayaq” VİDEO

Qafqaz.ir xəbər ki, ruhani Əli Əlizadə son günlərdə Azərbaycan xalqının iffətli xanımlarına atılan ləkə və böhranlara münasibət bildirib. Mövzu ilə bağlı Ə.Əlizadə deyib ki, belə xəbərlərin əsla əsası yoxdur:

“Bəzi avamlar, hətta bəzi dindarlar bu xəbərləri paylaşır və buna inanırlar. Qurani-Kərimdə buyurulur ki, “Sizə bir xəbər yetişdikdə onu araşdırın”. Xəbəri araşdırmadan paylaşmayın. Xüsusən iffətli xanımların iffətindən söz gedirsə, bu çox ciddi mövzudur. Ona görə də bu cür xəbərlərə aldanmayın”.

Əli Əlizadə sözlərinə əlavə edib ki, belə xəbərləri yayan sionizmin nökərləridir.

Xatırladaq ki, bir neçə gün öncə bəzi yerli saytlar guya Azərbaycandan İrana dini təhsil almağa getmiş bir xanımın adından orada başına əxlaqsız hərəkətlər gəldiyi barədə məlumat paylaşmış, lakin məlumatların böhtan olduğu üzə çıxmışdı. Həmçinin, eyni materialın son 5-6 ildə dini mərasimlərin keçirildiyi aylarda xüsusən paylaşılması diqqət çəkib. Bu fakt isə materialın böhtan olduğunu və xüsusi tapşırıqla paylaşıldığını ortaya qoyub.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button