ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əlcəzairdə İsrail rejimi ilə əlaqələrin qurulması cinayət hesab olunacaq

Belə ki, “Hərəkət əl Kompleks əl Səlam” hərəkatının üzvü olan Yusuf Acisə, partiyasının nümayəndələri adından qanun layihəsini parlament sədrinə təqdim etdiyini bildirib.

Yusuf Acisə bu barədə belə bildirib:

“Bu plan Fələstinin Nikbət günü münasibətilə irəli sürülüb. Nikbət günü Fələstinin İsrail rejimi tərəfindən işğalının faciəsi günüdür. Bu il, bu faciənin 74-cü ildönümü tamam olur”.

Məlumata görə, layihə yeddi maddədən ibarətdir. Birinci maddədə İsrail rejimi ilə münasibətlərin qurulmasının cinayət hesab olunması yer alır. İkinci maddəyə əsasən, İsrail rejimi ilə birbaşa və ya dolayısı ilə hər cür və istənilən səviyyədə əlaqə saxlamaq və ya hər hansı əlaqə yaratmaq, habelə nümayəndəlik yaratmaq qadağandır.

 

4-cü maddədə isə belə bildirilib:

“İsrail rejiminə gedib-gəlmək qadağandır. İsrail vətəndaşlarının Əlcəzairə və ya onun diplomatik nümayəndəliklərinin ofislərinə daxil olmaq və ya onları qəbul etmək qadağandır”.

Qeyd edək ki, Əlcəzair İsrail rejimi ilə heç bir diplomatik və ticarət əlaqəsi olmayan ərəb ölkələrindən biridir və bu mövqe geniş siyasi və xalq dəstəyinə malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button