ArxivIslamXəbər lentiXəbərlər

Ramazan ayının 4 adı

Ramazan ayı qəməri ilinin 9-cu ayıdır. Və bu ayı digər aylardan fərqləndirən xüsusiyyətlərdən biri də  onun adının Quranda zikr olunmasıdır.
Ramazan adı Allahın adlarından biri hesab edildiyi üçün “Şəhr” (ay) kəlməsi ilə işlənilməlidir.
Allahın ayı (Şəhrul-lah) 
Məhz bu ayda göyün qapıları insanların üzünə açıldığı üçün möminlər daha çox ibadət edərək öz imanını, əxlaqını və saleh əməllərini artırırlar. Ramazan ayı yerlə-göyün arasında əlaqə yaradır. Məsumların kəlamlarında da Ramazan ayı “Allahın ayı” kimi zikr edilib.  İslam Peyğəmbəri (s) buyurub: “Ramazan ayı Allahın ayıdır. Bu ayda yaxşı işlərin savabı birə min artır.
Həmçinin İmam Səccad (ə) Ramazan ayı ilə vida duasında belə buyurub: “Salam olsun sənə, ey Allahın ayı”.
İmam Sadiq (ə) isə belə buyurub: “Ramazan ayı Allahın ayıdır. Bu ayda çoxlu “lə iləhə iləllah”, “Allahu Əkbər”, “Əlhəmdu lillah” və “Subhanallah” zikrini deyin.
Səbir ayı
Həmçinin məsumlar Ramazan ayını “Səbir ayı” da adlandırıb. Necə ki, İslam Peyğəmbəri buyurub: “Ramazan ayı səbir ayıdır. Səbrin mükafatı isə behiştdir”.
İmam Əli (ə) buyurub: “Səbir ayında (Ramazan ayı) və hər ay 3 gün oruc tutmaq qəlbdən qəm-qüssəni və vəsvəsəni aradan aparar.
Həmçinin əllamə Təbatəbayi yazır ki, İslam Peyğəmbəri hər vaxt qəmgin olanda oruc tutardı.
Ümumiyyətlə dində səbir bədəndə baş kimidir. Necə ki, başsız bədəni təsəvvür etmək mümkün deyil səbirsiz də dini təsəvvür etmək qeyri-mümkündür.    Ramazan ayında  insan yeməkdən, içməkdən və  şəhvətdən uzaq olaraq iradəsini gücləndirir. Belə olan halda həyatın müxtəlif çətinliklərinə dözmək daha asan olur.  Bir sözlə, Ramazan ayı səbirliyə qovuşmaq ayıdır.
Təmizlik ayı
İmam Səccad (ə) öz duasında Ramazan ayını “Təharət ayı” (Təmizlik ayı) adlandırıb.  Ramazan ayı paklıq ayıdır.  Həm özü pakdır, həm də ki, insanları paklandırır.
İmam Əli (ə) buyurub: “Mübarək ayda bu duanı oxuyun: “Allahım, bu ayın xeyrini və paklığını mənə nəsib et.””
Bərəkət ayı
İslam Peyğəmbəri (s) Ramazan ayını vəsf edərək belə buyurub: “Ramazan ayı Allahın ayı və  bərəkət ayıdır”.
Digər yerdə isə belə buyurub: “Ramazan ayı mübarək aydır. Bu ayda uca Allah behiştin qapısını açaraq Şeytanın qollarını bağlayıb”.
Həmçinin İmam Sadiq (ə) Ramazan ayı gələndə Peyğəmbərdən belə buyurduğunu deyib: “Allahım, bizlərə bu mübarək ayının bərəkətini nəsib et!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button