Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var, onlar hamısı qapalı tipli Qobustan həbsxanasında saxlanılır. Onlardan biri – həmin vaxt Qobustanda saxlanılan Şəmsi Səmədzadə 2017-ci ildə Turan-a bildirib ki, ömürlük məhbusların 5%-i ümumiyyətlə təqsirsizdir, təsadüfi hadisələrə görə yatırlar, onlar həmin hadisələrdə istəmədən iştirak ediblər, yaxud da əsl cinayətkarın təqsirini gizlətmək üçün həbs ediliblər. “Onlar təcili olaraq azadlığa buraxılmalıdır. Ömürlük məhbusların 15%-i həqiqətən təqsirlidir, adam öldürüblər, amma qəlbən cinayətkar deyillər. Qəzəb, qısqanclıq, dava anında, təhqirə dözməyərək öldürüblər. Onlar üçün ömürlük cəza konkret müddətlə əvəz edilməli və həbsxanada keçirdikləri vaxt nəzərə alınaraq azad edilməlidirlər. Qalan 80% manyaklardır, onların normal insanlar arasında yeri yoxdur. Belələrini sərbəst buraxmaq olmaz”