ArxivIslamXəbər lentiXəbərlər

Əbuzər İbrahim Türkəman: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə haqqı var idi və bunu etdi

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə haqqı var idi və bunu etdi.

Qafqaz.ir  xəbər verir ki, bu sözləri İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkəman “Müasir dünyanın problemləri: nifrət, terror, islamofobiya və ekstremizm” adlı onlayn konfransda çıxışı zamanı deyib.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi qan tökülmədən həll oluna bilərdi. Lakin dünyadakı ikili standartlar siyasəti buna imkan vermirdi. BMT-nin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq, buna məhəl qoyan olmadı.

Ə.İ.Türkəman qeyd edib ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Rəsmi Tehran sərhədlərin dəyişdirilməsinin əleyhinədir.

Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənlərə Allahdan rəhmət diləyib, sülhün və əmin-amanlığın tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button