Xəbərlər

İslam, Rus mədəniyyət zəncirinin mühüm və ayrılmaz bir halqasıdır

Rusiya prezidenti Vladimir Putin oktyabr ayının 22-də Rusiyanın İslami Təşkilatlarının keçirdiyi toplanıtda İslama verdiyi dəyərdən danışıb: İslam, Rus mədəniyyət zəncirinin mühüm və ayrılmaz bir halqasıdır və Rusiyanın siyasi həyatında böyük rol oynayır.

Rusiya prezidenti Vladimir Putin Başqırdıstanın paytaxtı Ufa şəhərində “Rusiya müsəlmanları mərkəzi ruhani idarəsi”nin yaradılmasının 225-ci ildönümü ilə bağlı tədbirdə İslamın rus mədəniyyətinin parlaq elementi olduğunu bildirib.

O, 225 il əvvəl əvvəl Rusiya müsəlmanları ruhani idarəsinin təsis edilməsi ilə bağlı əmri xatırladıb. Prezidentin fikrincə, bu, o zaman bütün dünyaya, Avropaya dini azadlığı və kamilliyi göstərib.

Putin əmindir ki, bu qərar, Avropa ilə Asiyanı, şərqlə qərbi birləşdirən unukal sivilizasiyanın təcrübəsi tərəfindən diktə edilib.

“Bununla yanaşı hər bir etnos öz xüsusiyyətini saxlayıb”. O əlavə edib ki, Rusiya xalqlarının mənəvi birliyi ümumi mənəvi dəyərlərin yaratdığı müxtəlif mədəniyyətlərin və konfessiyaların sıx dialoqu sayəsində – ədalətlilik, həqiqət, əməksevərlik, hörmət sayəsində formalaşıb.

O, İslamın Rusiyanın siyasi-ictimai həyatında böyük rol oynadığını, toplumun mənəvi və mədəni həyatında əhəmiyyətli təsiri olduğunu deyib.

Vladimir Putin, Rusiyanın mənəvi sahədə suverenliyinin təmin edilməsi üçün ilahiyyat məktəblərinin canlandırılmasının, həmçinin ilahiyyat məktəblərinin və müsəlman din adamlarının etibarının da artırılmasının zəruri olduğunu deyib.

iqna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button