AktualAktualArxivXəbər lentiXəbərlər

Mühəqqiq Ərdəbili Universitetində iranlı etnik qrupların milli sərgisi və festivalı başladı

Mühəqqiq Ərdəbili Universitetində ölkənin müxtəlif əyalətlərindən olan 14 pavliyonun iştirakı ilə iranlı etnik qrupların milli sərgisi və festivalı öz işinə başladı.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, Mühəqqiq Ərdəbili Universitetinin rektoru doktor Sadiq Qudərzi sərginin açılış mərasimində müxtəlif əyalətlərdən yaxşı imkanların sərgidə toplanmasını açıqlayaraq deyib: “Ölkənin bütün adət-ənənələrini rəsmi olaraq tanımaq çox dəyərlidir və bu sərginin ən mühüm ismarıcı vəhdət və birlik olmalıdır”.

Doktor Qudərzi Allahın yaratdıqlarının hamısının nizamlı və rəngarəng olmasına işarə edərək artırıb: “Ölkədə hər hansı bir dialekt, yaxud dil aradan getsə, bu etnik millətlərə və ölkənin mədəniyyətinə zərbə vurur”.

O, milli vəhdətinin və İranın üç rəngli bayrağının iqtidarınqorunmasına təkid edərək deyib: “Ölkədə mövcud olan bütün dil və mədəniyyətlərin hamısının hüquqlarının qorunmasına diqqətli olaq və məhv olmasına icazə verməyək”.

Rektor həmçinin universitetin mədəniyyət proqramlarının say və keyfiyyət baxımından hər gün artmasına ümidvar olduğunu qeyd edib.

Sərginin icra müdiri Məhəmməd Bəzaətpur deyib: “Sərgi Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Mazandaran, Loristan, Gilan, Sistan, Bəlluçistan, Çəhar Məhali Bəxtiyari və Ərdəbildən əyalətdənolmaqla 14 pavliyonda keçiriləcək və ölkənin müxtəlif xalqlarınınincəsənət əsərləri, müxtəlif istehsallar, yerli xörəklər, əl işləri sənayeləri sərgilənəcək”.

Məhəmməd Bəzaətpur artırıb: “Sərgi, “Mən iranlı olmağımla fəxr edirəm” şüarı və birlik, həmrəylik, böyük şəxsiyyətlərin, turist cazib edən məkanların, iranlı tayfalarını incəsənətinin tanınması məqsədilə keçirilir”.

O, həmçinin deyib: “Sərginin keçirilməsində Ərdəbil Bələdiyyəsinin İdman və Mədəniyyət İdarəsi, Mədəniyyət və İslami İrşad idarələri, Mədəni İrs İdarəsi, Ərdəbil Əyalətinin Turizm və Əl İşləri Sənayesi İdarəsi, Mühəqqiq Ərdəbili Universiteti əməkdaşlıq etmişdir”.

AWT IMAGE

AWT IMAGE

AWT IMAGE

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button