AktualAktualArxivQarabağXəbər lentiXəbərlər

Əziz Cavanpur: Dağlıq Qarabağın azadlığı yolunda Azərbaycan xalqını dəstəkləyirik

İranlı professor:“Dağlıq Qarabağın azad olunması üçün dua edirik və müsəlman Azərbaycan xalqına möhkəm dəstəyimizi bildiririk”.

qafqaz.ir “arannews”a istinadla xəbər verir ki, bunu Şərqi Azərbaycan vilayətinin Azad Universitetinin rektoru professor Əziz Cavanpur Azərbaycan və Ermənistan arasındakı son toqquşmalar barədə danışarkən deyib.

“Biz gecə-gündüz cəbhə bölgəsində gedən hərbi toqquşmalarla bağlı xəbərləri izləyirik, Dağlıq Qarabağın azad olunması üçün dua edirik və müsəlman Azərbaycan xalqına qətiyyətli dəstəyimizi ifadə edirik”.

Şərqi Azərbaycan vilayətinin Azad Universitetinin rektoru əlavə edib: “Dağlıq Qarabağ İslam ərazisidir. Bütün müsəlmanlar Azərbaycanın köməyinə çatmaq və müsəlman ərazilərinin təcavüzkarların əlində qalmasına imkan verməməyə borcludurlar”.

“Ermənistanın işğalını və Azərbaycanın mövqelərinə hücumu qınayırıq və bu ölkənin hökumətini beynəlxalq sərhədlərinə qayıtmağa qətiyyətlə çağırış edirik”,-deyə Cavanpur qeyd edib.

Onun sözlərinə görə, bir çox Qərb ölkəsi Dağlıq Qarabağ problemini həll edəcəklərini iddia etsə də, praktik olaraq heç bir iş görməyiblər və yalnız öz maraqlarını güdübər. Azərbaycanın qeyrətli və mömin gəncləri İmam Hüseyn (ə) məktəbindən dərs alaraq işğal altındakı əraziləri geri almalıdırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button