ArxivIslamXəbər lentiXəbərlər

Masallıda Şeyx Sərdarın məhkəməsi keçirilən binanın önündə bir neçə dindar saxlanılıb – VİDEO

Xəbər verdiyimiz kimi bu gün həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, vicdan məhbusu Şeyx Sərdar Hacıhəsənlinin  Masallıda məhkəməsi keçirilir.
Şahidlərin Maide.Az-a verdiyi məlumata görə, Masallı Məhkəməsi qarşısında 6 nəfər inanclı saxlanılıb. Saxlanılanlardan Bəhruz Əliyev, Tural Kazımov və Elimxan Musayevin adlarını dəqiləşdirə bilmişik.
Polis məhkəmə önünə toplaşan inanclıları dağıdıb. Onlara qarşı çox kobud davranıb və inanclıları təhqir edib.
Qeyd edək ki, budan öncədə “İslamınSesi” saytının baş redaktoru Xəyal Şükür polis tərəfindən saxlanılmışdı. Onun çəkdiyi materiallar silinib və daha sonra o sərbəst buraxılıb.
Polis jurnalist Mirələm Həşimovun evdən bayıra çıxmasını əngəlləyib və onu məhkəmə binasına gedərsə sərt cəzalanacağı ilə hədələyib.
Xatırladaq ki,çox sayda  inanclı ölkənin müxtəlif bölgələrindən Şeyx Sərdara dəstək üçün məhkəmə ətrafına toplaşmışdı.  Məhkəmənin keçirilməsi ilə əlaqədar polis əməkdaşları  və mülki geyimlilər Masallı Şəhər Məhkəsinin binası ətrafına yeridilib.  Məhkəmə açıq olsada insanların məhkəməyə girişi əngəllənib. Bildirilib ki, məhkəmə zalında yalnız  10 nəfərlik yer var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button