ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Ərdoğan Amerika səfirinə müraciət edib: “Yerini bil!”
Qafqaz Həqiqətləri xəbər verir ki, Türkiyə prezidenti ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleykin müxalifət lideri Kamal Klıçdaroğlu ilə görüşünə cavab olaraq belə deyib:
“Bu seçkidə Amerikaya dərs verməliyik. Amerika səfiri Kamal Klıçdaroğlunun yanına gedir. Çirkin bir işdir. Biraz fikirləşin. Siz səfirsiniz, burada əlaqədə olmalı şəxs prezident olmalıdır.
Bundan sonra prezidentlə necə görüşəcəksiniz? Qapılarımız üzünə bağlandı və sən artıq bizi görə bilməyəcəksən. Niyə? Çünki sən öz həddini bilməyi və səfir kimi vəzifəni öyrənməlisən. Səfirin necə işləməli olduğunu öyrənəcəksən. Öyrənənə qədər də bu qapıdan daxil ola bilməzsən”.
qafqaz.ir.az