AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbillilərin İran hökumətinə və Ayətullah Amiliyə dəstək bəyanatı

Ərdəbil şəhərində cümə namazına toplaşan cəmiyyət cümə namazının xütbələri bitdikdən sonra bəyanat yayaraq bəzi qeyri-dürüst şəxslərin İran İslam Respublikasına və Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi Ayətullah Seyid Həsən Amiliyə qarşı hörmətsizliyini pisləyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil camaatının bəyanatı aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَهٌ فَأَصْلِحُواْ بَینْ أَخَوَیکمُ وَ اتَّقُواْ اللَّهَ لَعَلَّکمُ تُرْحَمُونَ.

“Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun.” (“Hucurat” surəsi, ayə 10)

Təəssüf ki, son günlərdə sevimli ölkəmiz İslam Respublikası və həzrət Ayətullah Seyid Həsən Amili də daxil olmaqla bir sıra uca məqamlı şəxslərə qarşı hadisələrin və bəzi qeyri-dürüst şəxslər tərəfindən qeyri-konstruktiv davranışların, uydurma ittihamların (Ermənistana kömək) və hörmətsizliklərin şahidi olduq. Aydındır ki, bu cür hərəkətlər İran və Azərbaycanın iki müsəlman və qardaş xalqının düşmənlərinin, xüsusən də ötən otuz ildə təfriqəçilik və fitnəkarlığı öz iş cədvəlinin sərlövhəsi etmiş sionist rejimin istəyidir. Şübhəsiz, bu düşmənlərin son məqsədi iki ölkə münasibətlərində siyasi gərginlik və xələl yaratmaqdır. Bu gərginlik yaradan hərəkətlər İranın, müstəqillik qazandığı gündən bəri Azərbaycan hökumətinə və müsəlman xalqına kömək etmək üçün ən çox və ən geniş dəstəyi göstərdiyi bir halda baş verir. Həmin istiqamətdə İranın birinci və ikinci Qarabağ müharibəsində etdiyi köməklər Qarabağ münaqişəsində Azərbaycan dövlətinin mövqeini və onun müsəlman xalqının qanuni hüquqlarını hərtərəfli, tam miqyaslı və əməli şəkildə dəstəklədiyini təsdiq edir.

Davamlı sülhə nail olmaq üçün ilk vasitəçi qrup göndərmək; Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması, bütün Qarabağın və işğal olunmuş bütün şəhərlərin azad edilməsinin zəruriliyinə dair Təhlükəsizlik Şurasının 4 qətnaməsini müşayiət və təsdiq etmək; İmşli və Sabirabadda qaçqın düşərgələrinin inşası, Azərbaycan Respublikasının köçkün və müharibə şəraitində yaşayan insanların gündəlik ehtiyaclarını təmin etmək kimi humanitar yardımların göstərilməsi; Azərbaycan Respublikasının müharibə yaralılarının Təbriz və Tehran xəstəxanalarında təmənnasız müalicəsi; Azərbaycan Respublikası xalqının Naxçıvan Muxtar Respublikası xalqı ilə əlaqəsini davam etdirmək üçün Araz bypass tranzit yolunun təmin edilməsi; İran hökuməti tərəfindən Azərbaycan Respublikası vətəndaşları üçün vizanın birtərəfli olaraq ləğvi; Qubadlı və Zanglanda mühasirədə olan 400 min insana kömək etmək və onların qətliam edilməsinin qarşısını almaq üçün İrana köçürmək; silah, hərbi məsləhətçi və hərbi təlim sahələrində köməklər təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin də rəsmi etiraf etdiyi kimi İkinci Qarabağ müharibəsi boyu İran İslam Respublikası tərəfindən Ermənistanın quru və hava yollarının bağlanmasını İranın Azərbaycan dövləti və xalqına əsirgənmədən verilən dəstəklərin bir hissəsidir və bunlar iki ölkənin münasibətləri tarixində yaddaşa köçüb və Azərbaycanın hökumət rəsmiləri də bunları çox yaxşı bilirlər.

Bu arada Ali Məqamlı Rəhbərin və Ayətullah Seyid Həsən Amili də daxil olmaqla digər əziz alim və ruhanilərin Azərbaycan xalqının qanuni hüquqlarını geniş və qətiyyətli şəkildə müdafiə etmələri heç kimə sirr deyil. İslam İnqilabının Böyük Rəhbəri həmişə işğalçı və təcavüzkar ermənilərin hərəkətlərini sərt pisləmiş, “Qarabağ İslam torpağıdır” deməklə, bütün işğal edilmiş ərazilərin və Qarabağ bölgəsinin azad edilməsinin vacibliyini müxtəlif vaxtlarda bəyan etmişdir. Ali Məqamlı Rəhbər ötən ilin payızında da 17 rəbiüləvvəl çıxışında Azərbaycan Respublikasının işğal edilmiş bütün ərazilərinin azad edilməsinin zəruriliyini vurğulamışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin də dediyi kimi bu fətva azəri döyüşçülərinin qələbə və işğal edilmiş ərazilərin azad edilməsi amili olmuşdur. Habelə, görkəmli ruhani Ayətullah Seyid Həsən Amili bütün fürsətlərdən istifadə edərək Azərbaycan Respublikası torpaqlarının işğaldan azad olunmasına təkid etmişdir və bununla bağlı əməli həll yolları təqdim etmişdir.

Ərdəbilin şəhid yetişdirən və qəhrəman xalqı bəyanatın sonunda aşağıdakı mövzuları vurğulayır:

  1. Ali Baş Komandan həzrət Ayətullah Xameneinin təhlükəsizliyi təmin etmək üçün yadlara arxalanmağın yalnız bir illüziya olduğunu bildirməsinin ardınca,

düşmənlərin və yadların regional məsələlərə, xüsusilə də Qarabağ münaqişəsinə birbaşa və ya dolayı müdaxiləsi ilə mübarizə istiqamətində Onun bəyanatını icra etməyə hazır olduğumuzu elan edirik.

  1. Həzrət Ayətullah Seyid Həsən Amilinin Qarabağ münaqişəsi və İkinci Qarabağ müharibəsi ilə bağlı konstruktiv, müdrik, qətiyyətli və xeyirxah mövqeini dəstəkləməklə yanaşı, qeyri-dürüst şəxslərin və Azərbaycan Respublikası rəsmilərinin ictimai fikri sapındırmaq, həqiqətləri ört -basdır etmək və İran İslam Respublikasının geniş dəstəyini gizlətmək istiqamətindəki uydurma iddialarını və açıqlamalarını qınayırıq.

  2. Azərbaycan Respublikasının qeyri-dürüst şəxslərinin İranın Ermənistana dəstək verməsi kimi uydurmalarını və mehriban qonşuluq siyasətinə zidd olan çürük separatçı fikirlər yaymasını pisləyirik.

  3. İran İslam Respublikası Silahlı Qüvvələrinin şimal-qərb sərhədlərində bölgədə təhlükəsizliyi və sabitliyi təmin etmək, terrorçu ünsürlərə və sionist rejiminin planları ilə mübarizə aparmağa hazırlıq məqsədilə həyata keçiridiyi son hərbi təlimlərə tam dəstəyimizi elan edirik.

  4. İran İslam Respublikası Hökumətinin bölgə və beynəlxalq sərhədlərin geosiyasətini dəyişdirmək məqsədilə cızılmış mümkün planlara qarşı siyasət və mövqelərini dəstəkləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button