ArxivIslamXəbər lentiXəbərlər

Əhli-beyt məddahı təhdid olundu – Azərbaycanda

Tanınmış Əhli-beyt (ə) məddahı və ilahiyatçı Rasim Xudayi təhdid olunub

İslamazeri.az-a daxil olan məlumata əsasən Rasim Xudayinin telefonuna növbəti dəfə olaraq hədə xarakterli zəng gəlib. Rasim Xudayiyə yaxın olan şəxslərin verdiyi məlumata əsasən bir neçə gün bundan öncə Həzrəti Zəhra (ə.s) şəhadəti ilə əlaqədar keçirilən məclisdən çıxıb evə qayıdarkən telefonuna zəng gəlib. Kimliyi bilinməyən şəxs bundan sonra məclislərdə və mərasimlərdə bir daha dindar və ilahiyyatçı məhbusların azadlığı üçün dua etməməyi tələb edib. Əgər bu iş bir daha təkrarlanarsa daha sərt tədbirlər görüləcəyi qeyd edilib.

Əhlibeyt məddahının yaxınlarının sözlərinə görə, bu, Rasim Xudayiyə olan ilk belə zəng deyil. Bundan öncə də ona bir neçə dəfə zənglər olub və təzyiqlərlə üzləşib. Təhdid edən şəxslərin kimliyi məlum deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button