AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbilin müvəqqəti imam cüməsi: İqtisadiyyatda korrupsiyaya son qoyulmalıdır və bu , bir növ inqilabdır

 

Ərdəbilin müvəqqəti imam cüməsi: “İnsanlar həyatlarında təsirləri və dəyişiklikləri hiss etməlidir onların narazılığına səbəb yaranmamalıdır . Xalqın iştirakı İslam İnqilabının sütunudur.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin müvəqqəti imam cüməsi Ayətullah Əli Füruği bu həftənin cümə namazı xütbələrində təqvaya riayət etməyin lüzumunu vurğula maqla yanaşı deyib: “ Əhli-beyt (ə) insanı Allahı Allahın vasitəsilə tanımaq məqamına çatdırır. Camiə-Kəbirə ziyarətnaməsi Əhli-beytin (ə) şəxsiyyət vəsiqəsidir və həqiqətən də fövqəladədir. Əhli-beytdən (ə) bizə gələn təlimləri anlamaq üçün saatlar lazımdır. 

Ayətullah Füruği İmam Rzanın (ə) mövludu ilə bağlı qeydlərin davamında o həzrətin kəraməti haqqında müxtəlif rəvayətlər nəql edərək deyib: “İmam Rzanın (ə) məqamını və şəxsiyyətini tanımaq bizim şəxsiyyətimizin dəyişməsinə səbəb olur. Bu dərgaha daxil olan hər kəsə xüsusi baxış və ruh saflığı, nəfs pakizəliyi bəxş edilir , insan özünü tapır və kamil insan, insanın ali təzahürüdür. 

Cümə namazının xətibi əlavə edib: “Rəvayətlərə görə, hər kim irfan və mərifətlə İmam Rzanın (ə) ziyarətinə getsə, Allah ona Peyğəmbərin (s) yanında şəhid olan yetmiş şəhidin savabını verər.”

İmam cümə qeyd edib ki, varlıq aləminin fəlsəfəsi insanın özünü, kamil və məsum insanı tanımaqdır. İnsan zati olaraq hər şeyi bilmək istəyir. Bütün peyğəmbərlər də ona görə gəliblər ki, insan öz fitri istəklərinə düzgün şəkildə cavab verə bilsin.

Xətib daha sonra geniş və rəngarəng təbliğatın çoxluğunun insanları o formada yaşamağa vadar etdiyini, zamanı tanımağın isə insanın bu formaları tərk etməsinə səbəb olduğunu bildirərək deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyinin hərəkəti onların nə qədər asılı olduğunu və işlərində xəyanət in mövcudluğunu göstərdi. İmam Əlinin (ə) bu barədə dediyi söz bizim üçün bir qayda olmalıdır ki, ayıq və diqqətli olaq. Təqvalıların mövlası buyurur ki, əgər kimsə əhd-peymanı pozsa və sən onun qarşısından qaçsan və onunla olan əhd-peymanı sındırmıram desən, Allah qarşısında əhdi pozan şəxs kimi yazılır san . Yəni onların qarşısında əhdi pozmaq lazımdır. Əgər əhdi pozan ın qarşısında biz də onunla olan əhdimizi pozsaq, əhdə vəfa edənlərdən sayılırıq. Bu , bizim siyasətimizin qaydasıdır. 

Ayətullah Füruği xütbəsinin davamında deyib: “ İllərdir müzakirələr aparılır, yaxşı niyyətimizi göstərmək üçün müəyyən mərkəzlərdə kameralar yerləşdirilib və imkanlar yaradılıb. Amma onlar xəyanət edirlər, sionist rejimə səfər edirlər, Rəhbərlər Şurasında İran əleyhinə qətnamə qəbul edirlər. Bunların qarşısında möhkəm dayanmaq lazımdır. 

Cümə namazı xətibi hökumətin iqtisadi cərrahiyyəsinə toxunaraq, artıq bir neçə ildir ki, Ali Məqamlı Rəhbərin ilin şüarlarında iqtisadi məsələlərə, istehsalın rövnəqinə toxunduğunu vurğulayaraq deyib: “ İqtisadiyyatda korrupsiyaya son qoyulmalıdır və bu, bir növ inqilabdır . Əgər bu inqilab baş verirsə, insanlar bu inqilabın təsirini öz dolanışığının rahatlığında hiss etməlidirlər. Regionun bütün ölkələri İranın 4200-lük ( subsidiya lı) valyutasından faydalanıb. Bir vaxtlar deyirdilər ki, İran yaxşı makaron istehsal edir, ona görə də hamı tərəfindən rəğbətlə qarşılanır. Sonradan məlum oldu ki, onlara 4200-lük ( subsidiya lı) valyuta ilə ixrac edirmişlər. Ümidimiz odur ki, həm Ali Məqamlı Rəhbərin arzusu olan istehsalatda rövnəq yaransın, həm də camiədə yaranmış korrupsiyaya son qoyulsun. 

İmam cümə sonda deyib: “İnsanlar həyatlarında təsirləri və dəyişiklikləri hiss etməlidirlər, rahatlıq görməlidirlər. Xalqın varlığı İslam İnqilabının sütunudur . Əmirəlmöminin (ə) Nəhcül-Bəlağədə şikayət edir ki, camaat mən gəldim, siz gəlmədiniz. Ancaq (İslam İnqilabında) xalq gəldi. Biz xalqı saxlamalı və səhnəni tərk etməsinə səbəb yaratmamalıyıq. Ona korrupsiya ilə mübarizə apardığımızı, istehsala rövnəq verdiyimizi göstərməliyik. Yalnız üç-dörd növ mal üçün subsidiyaların ləğv edilməsi nəzərdə tutulmuşdu. Bu, doğrudan da belə oldu? Hökumət adamları bunu bilməlidir və insanların rahat yaşaması üçün hərəkətə keçməlidir. İnsanların dolanışıq böhranına düşməməlidir. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button