ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ qeyri-insani rəftarın yeni nümunəsini yaradıb – VİDEO

Qərbin özündə olan insan hüquqları ilə bağlı vəziyyət getdikcə acınacaqlı hal alır. Avropada və ABŞ-da tüğyan edən polis zorakılıqları, ABŞ-ın özündə qüvvədə olan ölüm hökmü özü insan hüquqları barədə problemləri üzə çıxarır.

Bunlar azmış kimi, yeni bir üsul da tətbiq edilib. Söhbət ABŞ-ın Alabama ştatında ölkə tarixində ilk dəfə azot qazından istifadə edilərək edam hökmünün icra edilməsindən gedir.

Yeni üsulla edam 58 yaşlı Kennet Smit adlı şəxsə tətbiq edilib.

Qeyd edək ki, bu edam növü BMT-nin narazılığına səbəb olub.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı hadisəni pisləyib. O, bunu qeyri-insani rəftar və işgəncə kimi təsnif edib.

Çünki ABŞ-nin Alabama ştatında ölkə tarixində ilk dəfə azot qazından istifadə edilərək edam hökmü icra edilməsi insan hüquqlarının pozuntusu yox, ayaq altında tapdalanmasıdır.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani bildirib ki, ABŞ-nin yeni və sınaqdan keçirilməmiş metoddan istifadə edərək edam cəzasını icra etməsi işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftardır.

BMT-nin İnsan Haqları Bürosu Alabama ştatının hakimiyyət orqanlarını Smitin edamını dayandırmağa və bu şəkildə hər hansı digər edamlara doğru addım atmaqdan çəkinməyə çağırsa da, buna məhəl qoyulmayıb.

Lakin bu gün ABŞ dünyaya azadlıq və demokratiya dərsi keçir. Nə utanır, nə də qızarır. Azmış kimi, hələ hamını borclu çıxarır, insan hüquqlarını pozmaqda günahlandırır. Adama deyərlər, sən hansı mənəvi haqqın sahibisən? Öz ölkəndə edam hökmünü ləğv etmisənmi? Xeyr, əksinə, hər keçən gün edamla bağlı yeni üsullar kəşf edilir. Edam üzrə ABŞ pislədiyi İrandan belə, geri qalmır.

Ancaq bunları ört-basdır etməkdən ötrü özünü yırtır. Hücuma keçir, başqa ölkələrə yuxarıdan aşağı baxır. Onların daxili işlərinə müdaxilə edir, çevrilişlər hazırlayır, qan tökür. Bu qanın izlərini silmək məqsədilə özü üçün troll şəbəkəsi saxlayır və onları bəsləyir.

Pərdələməklə deyil ki, ABŞ Konqresi və Ağ Ev administrasiyasının erməni lobbisinin əlinə oynadığı məlum məsələdir. Məkrli davranır, qərəz göstərir, Ermənistanı, az qala, mələk kimi təqdim edir.

Halbuki, Ermənistanın Azərbaycana qarşı cinayətlərini sadalamaqla bitməz. Necə də dəqiq birləşmədir – edamı qanuniləşdirən ABŞ və vaxtı ilə dövlət səviyyəsində terrorçuluq edən Ermənistanı birləşdirən dəyərin adı, yumşaq desək, qeyri-insanilikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button