AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbilin tacir və mühəndislərdən ibarət heyəti Bakıya səfər edəcək

Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının Ərdəbil əyaləti üzrə ofisinin baş katibi Ərdəbilin tacir və mühəndislərdən ibarət heyətinin inşaat sərgisində iştirak etmək üçün Bakıya səfər edəcəyini xəbər verib.
Hüseyn Vüsuqi İrani ticarət və mühəndislik heyətinin Bakı səfərini əlaqələndirmə iclasında deyib: “Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının Ərdəbil əyaləti üzrə ofisinin təşəbbüsü ilə Ərdəbilin tacir və mühəndislərdən ibarət heyəti Azərbaycan Respublikasında keçiriləcək beynəlxalq inşaat sərgisində iştirak etmək üçün Bakıya səfər edəcək”.
Ofis rəhbəri əlavə edib: “Təlaş edirik ki, 18-21 oktyabrda keçiriləcək sərgidə əlaqələrimizi genişləndirmək, xüsusilə də texniki-mühəndislik məhsullarının ixracını artırmaq, Azərbaycanda inşaat layihəsi və icrası üzrə mühəndislərimizin iştirakına şərait yaranması barədə müzakirələr aparaq”.
H. Vüsuqi İrani Ərdəbil valisinin də heyətin tərkibinə qatılacağını bildirərək deyib: “Ərdəbil heyəti inşaat sərgisində iştirak etməklə yanaşı İranın Azərbaycandakı səfiri və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti ilə görüşəcək, İranın Bakıdakı ticarət mərkəzi və sərgisini ziyarət edəcək, böyük inşaat şirkətləri ilə danışıqlar aparacaq”.
O, Azərbaycan Elm və Texnologiya Parkının işə salınması məqsədilə Ərdəbil əyalətinin Elm və Texnologiya Parkının direktorunun sözügedən heyətlə birgə Bakıya səfər edəcəyini də iclas iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan Elm və Texnologiya Parkının işə salınması istiqamətində bir sıra işlərin həyata keçdiyini xatırladaraq deyib: “Ümidvaram bu səfər ikitərəfli əlaqələrin güclənməsi üçün yaxşı nəticələr verəcək”.
Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının Ərdəbil əyaləti üzrə ofisinin baş katibi qonşu ölkələrlə, xüsusilə də Qafqaz və Orta Asiya regionunda əlaqələri genişləndirmək üçün əyalətin ticarət və mühəndislik gücünü müstəsna imkan adlandırıraq deyib: “Bu böyük potensialla Azərbaycan və qonşu ölkələrin bazarlarında sahiblik əldə etmək üçün texniki və mühəndislik məhsullarının ixracından əlavə, yeni və yüngül tikinti materiallarının satışına ümidvar ola bilərik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button