AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbildə “ İran Del” milli xəttatlıq incəsənəti sərgisinin açılışı olub

Ərdəbildə Nəstəliq və Şikəstə nəstəliq xəttatlıq incəsənəti bölmələri üzrə ilk “İran Del” xəttatlıq sərgisi açılıb

 

 

Qafqaz Həqiqətləri xəbər verir ki, bazar ertəsi İncəsənət Evinin toplantı salonunda keçirilən açılış mərasimində Ərdəbil İncəsənət Evinin rəhbəri deyib: “Bu sərgi son bir ildə xəttatlıq sənətinin mehvər olması və ölkənin hər yerindən sənət ustalarının öz əsərlərini sərginin katibliyinə göndərməsinə dəvətlə baş tutmuşdur.”

Əmir Rəcəbi vurğulayıb: “ Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsinin təkidi ilə, habelə Dünya Müsəlman Azərilərinin Həmrəylik Gününün qeyd olunmasına diqqət yetirməklə, səy etdik ki, xəttatlıq sənəti ustaları öz əsərlərini Nəstəliq və Şikəstə nəstəliq olmaqla iki sahədə katibliyə göndərsinlər. Katibliyə ümumilikdə 180 əsər göndərildi. Bunlardan sərgi bölməsi üçün 70 əsər seçildi və bu gün Vəliyyi-fəqihin nümayəndəsi, mədəniyyət və incəsənət müdirləri, incəsənət xadimlərinin iştirakı ilə sərginin açılışı oldu.

Əsərlər arasında 3 nəstəliq, 3 şikəstə nəstəliq və 3 kompozit və birləşmiş əsər seçilmiş əsər kimi təqdim edilib. Onların xəttatları 3 martda Nizami Gəncəvinin anım günündə ölkə səviyyəsində təqdir olunacaq lar . 

İncəsənət Evinin rəhbəri qeyd edib ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsinin təkidi ilə bu il 19 Yanvar Dünya Müsəlman Azərbaycanlılar Gününün qeyd olunmasına adi proqramlar xüsusi çeşidlə keçirilir . Səhər Ərdəbil Azad Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyində Şiə Kimliyinin Rolu mövzusunda peşəkar konfrans keçiriləcək və çərşənbə günü də Şeyx Səfiyəddin Türbəsinin Xətayi salonunda dəvət olunmuş qonaqların iştirakı ilə Dünya Müsəlman Azə rbaycanlılar Günü qeyd olunacaq.

Rəcəbi deyib: “Ümid edirik ki, növbəti illərdə belə sərgilərdə daha çox əsərlər qəbul edək və onları nümayiş etdirək.”

“İran Del” milli xəttatlıq sənəti çərçivəsində təşkil olunan sərgidə Nəstəliq və Şikəstə nəstəliq xəttatlıq bölmələrində 70-dən çox əsər nümayiş etdirilib. Maraqlananlar çərşənbə gününə qədər bu sərgini ziyarət edə bilərlər.

Mənbə: Mehr

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button