ArxivQarabağXəbər lentiXəbərlər

Məhdi Nalbəndi: Qarabağ fəthləri Aşura mədəniyyətinin bərəkəti ilə qazanıldı

Qafqaz məsələləri üzrə ekspert Məhdi Nalbəndi: “Şuşa azad oldu, sevindik və sevincimizdən ağladıq. Bilmliyik ki, bu fəthlər Aşura mədəniyyətinin bərəkəti ilə qazanıldı.”

Azərbaycan işğal olunmuş şəhərlərdən bir hissəsini azad etdi, mübarəkdir! Bəziləri belə düşünür ki, qafqazlıların müsəlmançılğı iranlıların müsəlmançılığından zəifdir. Halbuki, qafqazlıların müsəlmançılığı bizdən çox-çox yüksəkdir. Onlar “Ya Hüseyn” deməyin ağır bədəli olduğu 70 illik kommunist hakimiyyəti dövründə belə bu inancı qorumuşlar və indi də “Ya Hüseyn” deyirlər. Doktor Səmədov və Hacı Tale Bağırzadə hicabı müdafiə etdikləri üçün həbsdədirlər. Qafqaz şiəsi Aşura məktəbi adlı böyük təlimləri çox çətinliklə qazanmışdır və asanlıqla əldən verməyəcək.
Şuşa azad oldu, sevindik və sevincimizdən ağladıq. Bilmliyik ki, bu fəthlər Aşura mədəniyyətinin bərəkəti ilə qazanıldı.
Azərbaycan Respublikası xalqını salamlayır və deyirəm: siz şəhidlərinizi “Ya Hüseyn” şüarları ilə dəfn etdiniz, biz də “Ya Hüseyn” dedik. Biz Hacı Qasim Süleymaninin dəfnində “Ya Hüseyn” dedik, siz də onu “Ya Hüseyn”lə yad etdiniz.
Bir daha son qələbələri təbrik edir və deyirəm: Qarabağın azadlıq yolu Qüdsdən, Qüdsün azadlıq yolu Kərbəladan keçir. İnşallah İmam Zamanın (əc) zühur əsrində bir bayrağın ardıcılı olacağıq. İnşallah.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button