AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: İran xalqının bəsirəti düşmənin şər planını puça çıxarır

Ayətullah Amili deyib: “Bir ümmətə Allah-Təala tərəfindən verilən ən böyük nemət odur ki, fitnə zamanı yolda aydın nişanələr olsun, beləliklə, insanlar öz düşərgələrini təyin edərkən yanlış yola getməsinlər.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində İran xalqının çoxsaylı düşmənlərinin olduğunu, Avropa, Amerika, Kanada, Səudiyyə Ərəbistanı, İsrail, münafiqlər (Xalq Mücahidləri Terror Təşkilatı), AIPAC, İŞİD, PJAK, PAK, Komole, etnik separatçılar, Qadr casus xidmətləri, Qadr beynəlxalq beyin mərkəzləri, psixoloji müharibə döyüşçüləri, media imperiyası, Pentaqon, ABŞ Xəzinədarlığını İranın düşmənləri sırasında dayandığını qeyd edərək deyib: “Xüsusilə də Pentaqon 57 min gizli müharibə mütəxəssisi ilə İranla müharibəyə girdiyini elan etdi. Amerikanın gizli müharibələri aşkar müharibələrindən qat-qat artıqdır. Bu qədər düşmən bəşər tarixində heç bir xalqa və hökumətə qarşı səfərbər olmamışdır.”
İmam cümə bildirib ki, bu vəziyyət İranın çox böyük işlər həyata keçirdiyini göstərir. Onların xalqımıza qarşı bu böyük toplaşması xalqın daha artıq bəsirətli olmasına səbəb olur.
Ayətullah Amili düşmənlərin İranın məğlubiyyəti və süqutu üçün ağlasığmaz hərisliklərinə, nəyin bahasına olursa olsun, İranı məhv etməyə hazır olduqlarına işarə edərək deyib: “Buradan məlum olur ki, İran elə böyük nailiyyət əldə etmişdir ki, onlar İranı vurmaq üçün ölüm həddinə qədər getməyə razıdırlar.”
Cümə namazı xətibi əlavə edib: “Bunların hamısı İrana qarşı böyük cinayət törədiblər. İndi millətimizin xeyirxahı ola bilərlərmi? Onların fəaliyyət vasitələrini inancları müəyyən edir. Onların inancına əsasən, məqsəd vasitələrə haqq qazandırır. Açıq şəkildə deyirlər ki, məqsədimizə çatmaq üçün hətta şeytanla əhd-peyman bağlamağa hazırıq. Yalan, dərman embarqosu, müəyyən xəstələrə embarqo və İranı Suriyalaşdırmaq üçün ölkəyə silah göndərmək… Son günlər ölkənin qərbində və şərqində külli miqdarda silah-sursat aşkar edilərək müsadirə edilib. Məlumdur ki, düşmənin ölkəyə qaçaqmalçılıq yolu ilə silah keçirmək cəhdi nəticəsində ölkəyə yüklər daxil olub.
Son günlər ölkənin müxtəlif yerlərində məqsədli sui-qəsdlər, peyk kanallarının etirazları silahlı müharibəyə çevirməyə dəvət etməsi onların millətimizin qanını axıtmağa aşiq olduqlarını, günahsız insanları öldürməkdən, İranı Suriya şəraitinə çevirməkdən, vətəndaş müharibələri yaratmaqdan çəkinmədiklərini açıq şəkildə göstərir. Belə bir vəziyyətdə xalqımızın bəsirəti onların bəd niyyətlərini məhv edir.”
Ölkəyə silah göndərilməsinin və onun xalqın əlinə çatdırılmasının ictimai təhlükəsizliyi pozacağını diqqətə çatdıran xətib deyib: “Amerika bizim xalqımız haqqında bir həqiqəti etiraf edib və o da budur ki, İran xalqını tanıya bilmədiklərini dəfələrlə elan etmişdir. Əvvəllər də dəfələrlə sübut olunub ki, xalqımız hər vaxt ölkənin mövcudluğuna təhlükə hiss edirsə, bir ələ çevrilir. Son günlər xoşbəxtlikdən müxtəlif siyasi partiyalar son hadisələri tədricən pisləyirlər.”
Ayətullah Amili vurğulayıb: “Bir ümmətə Allah-Təala tərəfindən verilən ən böyük nemət odur ki, fitnə zamanı yolda aydın nişanələr olsun, beləliklə, insanlar öz düşərgələrini təyin edərkən yanlış yola getməsinlər.”
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi qeyd edib ki, xarici düşmənlərin xislətinə nəzər saldıqda, xalqın hər bir fərdinin vəzifəsi aydın olur. Bir tərəfdən şiə qanına susamış və dünyadakı bütün şiələri öldürsə belə ürəyi soyumayacaq İŞİD hücum edir. Onların rəhbərlərindən biri dedi ki, əgər müharibə baş versə və bir tərəfdə şiə, digər tərəfdə isə şeytan dayansa, biz şeytanın düşərgəsində olacağıq! Necə ki, onlar elə indi də böyük şeytanın, yəni Amerikanın yanında dayanıblar.
Digər tərəfdən, bu xalqın 17 min günahsız insanını terror etmiş münafiqlər hücum edirlər. Biz onların inqilabın əvvəlində törətdikləri ağır cinayətləri heç vaxt unutmayacağıq.
İmam cümə əlavə edib: “İsrail bütün gücü ilə oyuna girib və 75 ildir ki, onun natəmiz əlləri müsəlmanların pak qanına bulanıb. Elə bir gün yoxdur ki, Qəzzədə müsəlman öldürülməsin.
Digər tərəfdə isə İŞİD-in əsas dəstəkçisi olan Səudiyyə Ərəbistanı dayanır və onun əlindən hərəm müdafiəçiləri şəhidlərinin qanı axır. Hələ də bizim hacılarımızın diyəsini ödəməyib və açıq şəkildə bildirib ki, biz müharibəni İran daxilinə çəkəcəyik. Bu ölkə İrana qarşı tətbiq edilən müharibədə xərcləmək üçün Səddama milyardlarla dollar verdi. O zaman Səudiyyə hökuməti Səddamın bütün xərclərini maliyyələşdirdi və neftin bir barrelini 7 dollara qaldırdı.
Digər tərəfdə isə 28 mordad dövlət çevrilişindən sonra bu ölkəyə hakim kəsilən və Bəhreynin ayrılması kimi ən pis parçalanmanı İrana tətbiq edən Amerika dayanır və illərdir ki, dərman embarqosu tətbiq etməklə minlərlə uşaq və digər xəstələri ölümə göndərir.”
Xətib ABŞ-ın keçmiş rəsmilərindən birinin “hiylə və kələyin iranlıların DNT-sinin bir hissəsi olduğuna” dair açıqlamasına toxunaraq ona belə cavab verib: “Əgər iranlıların DNT-sində pislik, hiylə, fırıldaq və kələk varsa, bəs murdar inancınıza əsasən, şər hesab etdiyiniz bir xalqı hansı üzlə müdafiə edirsiniz və onlar üçün timsah göz yaşları tökürsünüz? Xalqımızın yaddaşının unutqan olduğunu təsəvvür etdinizmi? Sizdə qeyb elmi var, yoxsa bütün iranlıları laboratoriyaya aparıb DNT-lərini analiz etmisiniz?
Millətimizə qarşı bu iyrənc təhqir onların bir zahirinin və bir batininin olduğunu göstərir. Onların batinləri çox-çox iyrəncdir.”
İngiltərənin tarixi cinayətlərini açıqlayan imam cümə deyib: “Yalnız İngiltərənin İrana qarşı cinayətləri qeydə alınsa, neçə yüz kiloqram kağız olar. İranın parçalanmasının əsas səbəbkarı bu ölkədir və hər parçalanmada onların iştirakı var.
İngiltərənin İrana qarşı böyük cinayəti Rzaxanı İrana hakim etməsidir. Türkiyənin millətçilərindən biri dedi ki, Atatürkə minlərlə heykəl qursaq, yenə də azdır. Çünki o, Araratı Rzaxandan almaqla bizim Orta Asiya və türk ölkələrinə yolumuzu açdı. Bu uğur Türkiyə üçün Rzaxanın “səxavəti” sayəsində olub. O, İran nümayəndə heyətinin rəhbəri polkovnik Ərfəyə demişdi ki, bizim üçün Türkiyə ilə dostluq Araratdan və onun 800 km yamacından üstündür!
Yeni nəslimiz bilməlidir ki, Rzaxan mehtər olub və İngiltərənin onu hökumət başına gətirməsi iranlılar üçün ən böyük təhqir idi. Rzaxan Ərdəbildə tuman (tuman, monqol dilində on min nəfərlik orduya deyilir.) komandirinin tövləsinin mehtəri idi. Bəzi şairlərin də bu ingilis əsgərinin sonradan başçı olması haqda şeirlər yazıblar.”
Ayətullah Amili Ali Məqamlı Rəhbərin bu haqda sözlərinə toxunaraq deyib: “Ali Məqamlı Rəhbər dedi: Bir sənəddə oxudum ki, Seyid Ziya, Rzaxan və ingilis məmurlarının iştirak etdiyi bir məclisdə Rzaxan deyir ki, mənim siyasət bacarmıram. Harada siz əmr versəniz, mən o əmri yerinə yetirəcəyəm!
Elə də oldu. Amma onun əmri yerinə yetirməkdə sarsıldığını, Hitler Almaniyasına yönəldiyini hiss edən kimi onu kənara qoydular və oğlunu hökumət başına gətirdilər.”
Xətib bildirib ki, Qacarları süquta çəkən və Rzaxanı şahlığa gətirən 22 fevral 1921-ci il çevrilişi də tamamilə ingilislərin işi idi. Cəlal Əhmədin sözü ilə desək, 50 il bu ölkənin damında zillət bayrağı dalğalandı.
Mövcud sənədlərə əsasən, bu çevriliş İngiltərənin 1919-cu il müqaviləsindəki uğursuzluğunun və bu güzəştin məşum məqsədlərini həyata keçirə bilməməsinin qisasını almaq və kompensasiya etmək üçün idi.
Son fitnədə Almaniya hökumətinin İran xalqı qarşısında dayandığını bildirən xətib deyib: “Son fitnədə Almaniya hökuməti İrana qarşı sanksiyalar tətbiq etdi. İran da buna cavab verdi və ayrı-ayrı şəxslərin əvəzinə, İran-İraq müharibəsi zamanı Səddamı çox təhlükəli kimyəvi maddələrlə təmin edən şirkətə sanksiya tətbiq etdi. Səddam həmin maddələrlə təkcə Hələbcədə bir gündə 5 min kürdü öldürdü. İranın bu şirkətə qarşı sanksiya tətbiq etməsi çox əla oldu. Bu hərəkət insan haqlarını iddia edən Almaniya üçün böyük qalmaqala səbəb oldu. Ona görə də Almaniya hökuməti bu günlərdə çox qəzəblidir.
Daha yaxşı olardı ki, Almaniya hökuməti qəzəblənmək əvəzinə İranın təqdim etdiyi sənədləri araşdırsın və Alman şirkətlərinin İraqa kütləvi qırğın silahları, yəni kimyəvi maddələr vermədiyini sübut etsin. ABŞ hökuməti kütləvi qırğın silahlarına malik olduğunu iddia edərək İraqa hücum etdi və Almaniyaya aid kimyəvi maddələrini tapdıqdan sonra onu gizli saxladı. Çünki almanlarla müttəfiq idi. Buna görə də, müasir dünyada insanların qiyməti və həyatı hər şeydən ucuz olur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button