AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Dünya azərbaycanlılarının kimliyi İmam Hüseynə (ə) bağlanıb

 

Ayətullah Amili: Yezid kimisi bizim dövrümüzdə Amerika və sionist rejimdir. Hər kimin bu müqəddəs qəzəbi yoxdursa, gərək İmam Hüseynin (ə) ardıcılı olmağında şübhə etsin.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazı xütbələrində Tasua və Aşura möhtəşəm mərasimlərinin təşkilatçılarına təşəkkür edərək deyib: “Şah İsmayıl Səfəvi ziyarətgahının yanından İmam Hüseynə (ə), onun ailəsinə və səhabələrinə səmimi ehtiramlarını bildirən bütün dünya azərbaycanlılarına öz minnətdarlığımı bildirirəm. Dünya azərbaycanlılarının İmam Hüseynə (ə) aid olmaqdan ayrı bir kimliyi yoxdur. Biz dünyadakı bütün azərilər üçün bir hərəkət yolu hazırlayacağıq. Azərilər İmam Hüseyn (ə) ilə tanınır və azəri dili də mərsiyyə dilidir. Sionist rejimlə problemi olmayan azərbaycanlı şiə, mütləq şiə kimliyinə malik deyildir.”

İmam cümə xütbəsinin davamında deyib: “İmam Hüseyn (ə) açıqlamasında “Yezid” deyil, “Yezid kimisi” ifadəsini işlətməklə, hamının vəzifəsini müəyyən etmişdir. Yezid kimisi bizim dövrümüzdə Amerika və sionist rejimdir. Hər kimin bu müqəddəs qəzəbi yoxdursa, gərək İmam Hüseynin (ə) ardıcılı olmağında şübhə etsin.”

Ayətullah Amili vurğulayıb ki, şiələrin “İsrail”ə qarşı nifrətlərinin ifadə edilməsinə qarşı çıxan İslam ölkələrinin başçıları bu uşaq qatili olan rejimi dəstəkləyirlər. Halbuki, onların aqibətindən ibrət almalıdırlar.

Cümə namazı xətibi İmam Hüseyn (ə) əzadarlığında iki dəstəyə təşəkkür edərək deyib: “İki xüsusi dəstəyə təşəkkürümü bildirirəm. Birincisi, İmam Hüseynə (ə) sevgi yolunda az təminatlı ailələr arasında ərzaq bağlamaları paylayan xeyriyyəçilər. İkincisi, qan köçürmə təşkilatında qan verməklə, “Kim bir insanı dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar” medalını qazanmış əzizlərimiz.”

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ərdəbil və Gilan əyalətlərində yaşayan əhli-sünnə camaatına İmam Hüseynə (ə) əzadarlıq mərasimləri təşkil etdikləri üçün minnətdarlığını bildirərək deyib: “Bu ilki əzadarlıqda heç bir şeyi əsirgəməyən əyalətin əhli-sünnə əhalisinə, xüsusilə də Ənbəran əhli-sünnə cəmiyyətinə səmimi qəlbdən təşəkkür edirəm. Amma onların bu möhtəşəm əzadarlığını geniş yayımlamayan milli telekanaldan gileyimiz vardır.

Habelə, Gilanın qərbində yaşayan əhli-sünnə cəmiyyətinə də minnətdaram ki, onlar İmam Hüseynə (ə) matəm saxlamaqda və o həzrətə ağlamaqda Allahın Rəsulu (s) kimi davrandıqlar və Peyğəmbərin (s) həqiqi əhli-sünnəsi olduqlarını sübut etdilər.”

Ayətullah Amili xütbəsinin digər hissəsində ağır sanksiyalara baxmayaraq, Xəyyam peykinin kosmosa buraxılmasını ölkənin müstəsna elmi nüfuzunun göstəricisi kimi qiymətləndirərək deyib: “Texnologiya mühasirəsi ən pis mühasirə və ən pis zülmdür, xalqları tərəqqinin, inkişaf və rifahın əsas amillərindən məhrum edir. Amma İslam Respublikası belə bir zülmkar şəraitdə dünyanın elmi inkişafları ilə ayaqlaşaraq, böyük İran xalqının elmi iftixarlarını davamlı olaraq artıra bildi.

Bu peyk ən müasir texnologiyaya malikdir və mühasirəçilər onun ölkənin elmi elitası tərəfindən hazırlandığını həzm edə bilmirlər.   Mən bütün ümidlə deyirəm: Həssas elmi qalaları fəth etməklə böyük xalqımız üçün parlaq gələcək açılır.”

İmam cümə qeyd edib ki, ABŞ Dövlət Departamenti İranın Xəyam peykinin Rusiyanın peyk daşıyıcısı ilə orbitə buraxılmasından narahatlığını bildirib və Rusiyanın İranla artan əməkdaşlığını beynəlxalq ictimaiyyət üçün böyük təhlükə adlandırıb. Amma qan tökməkdə heç bir arzusu qalmayan sionist rejimin Amerika ilə əməkdaşlığının Yaxın Şərq üçün nəyə görə böyük təhlükə sayılmadığını izah etməyib.

Ərdəbil imam cüməsi daha sonra deyib: “Sionist rejim bu həftə Seyid Həsən Nəsrullahın ağlı, müdrikliyi, qətiyyəti, zəkası, şücaəti və cəsurluğu haqqında böyük təriflər dərc etdi və sionist böyüklərindən biri bu barədə yazdı: O, fürsətlərdən faydalanmaqda fövqəladədir  və İsrailin təhlükəsizlik və iqtisadi vəziyyətinə dair çox müstəsna məlumata malikdir, təhdidlərində olduqca ciddidir, israillilər ərəb dünyasında yalnız onu tanıyırlar, təhdidlərini ivrit dilində ifadə edir və İsrailə qarşı böyük psixoloji müharibəyə başlayır. O, Livan xalqına başa saldı ki, təkcə onların təhlükəsizliyini deyil, həm də Livan iqtisadiyyatını şiddətlə müdafiə edir. Əgər İsrail neftlə zəngin Kariş bölgəsində neft tapıb onu Livana buraxsa, Seyid Həsən Nəsrullah Livanın milli qəhrəmanına çevrilər. Amma əgər onu Livana verməsə, Seyid Həsən Nəsrullah İsrailə təhlükəli müharibə başlaya bilər. Halbuki İsrailin bu müharibəyə davam gətirməyə gücü yoxdur.”

Ərdəbil cümə namazının xətibi sözünə belə davam etdi: “Bu sitatlar həmin etirafların son cümləsinə görədir. O da budur ki, sionist rejimin yüksək vəzifəli rəsmisi deyir: “Biz heç vaxt İrana hücum edə bilmərik, çünki o zaman Hizbullah İsraili cəhənnəmə çevirəcək.” Bu açıqlama göstərir ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün bayrağı xaricdə dalğalandırmaq lazımdır.

İmam Əlinin (ə) sözü ilə desək: Evində hücuma məruz qalan hər kəs mütləq zəlil olar.

Bu baxımdan İnqilabın Böyük Rəhbərinə minlərlə təriflər verilməlidir ki, ölkənin təhlükəsizliyi sərhədlərdən xaricdə formalaşır və biz Suriyada ölkənin təhlükəsizliyinə qarşı böyük bir sui-qəsdin qarşısını alan sərdar Süleymani və sərdar Həmədani kimi şəhidlərə qiymət verməliyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button