AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Ali Məqamlı Rəhbərin Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi şah əsər səviyyəsində idi

Ayətullah Amili: Ukrayna müharibəsində ikili standartlar hakimiyyəti özünü çox iyrənc formada göstərdi.

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Amili bu həftəki cümə namazı xütbələrində Ali Məqamlı Rəhbərin Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamasına toxunaraq deyib: “Ali Məqamlı Rəhbərin Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi şah əsər səviyyəsində idi. Həzrət Ağa buyurdu ki, Ukrayna ABŞ-ın böhran yaratma siyasətinin qurbanı olmuşdur. Biz Ukraynada müharibənin dayanmasının tərəfdarıyıq. Biz dünyanın bütün yerlərində müharibəyə, insanların qətlə yetirilməsinə, xalqlara məxsus olan infrastrukturların dağıdılmasına qarşıyıq. Amerika mafiya rejimidir Amerikanın siyasəti Ukraynanı bu vəziyyətə gətirib çıxarıb.”

İmam cümə əlavə edib: “Ukrayna müharibəsi kimi hadisələrdə mütləq müdafiə və dəstək bir tərəfdən siyasi rasionallıqdan uzaqdır. İslam İnqilabının prinsipləri, həm də rasionallıq tələb edir ki, ilk növbədə, bir millətin əsas sərvəti olan infrastrukturun dağıdılması da daxil olmaqla, günahsız insanların öldürülməsi, hüquqlarının tapdalanması pislənsin. Digər tərəfdən də insanların ayrılmaz hüquqlarının müdafiəsi cinayətin əsas səbəbini təsdiqləməməli, hadisənin əsas səbəbini tapmalıdır.”

İmperializm güclərinin dünyanı ikili standartlarla idarə etdiyini bildirən xətib deyib: “Ukrayna müharibəsində ikili standartlar hakimiyyəti özünü çox iyrənc formada göstərdi. Avropa İttifaqının sədri tam əminliklə insan hüquqları, azadlıq, xalqların öz yollarını seçməsi və xalqlara özlərini müdafiə etmək hüququ verilməsi kimi Avropa dəyərlərinin müdafiəsinin zərurətindən danışdı. Ancaq bu müqəddəs anlamların yalnız Avropa maraqlarının ortada olduğu yerdə dəyərli olmasının səbəbi barədə bir kəlmə də danışmadı.”

Ekspertlər Məclisinin üzvü qeyd edib ki, sionist rejimi yetmiş ildən çoxdur həmin müqəddəs anlamları ayaq altında qoymuş, viran etmişdir və siz bu qondarma rejimə tam dəstək vermisiniz və verirsiniz. Habelə, altı ildir ki, Yəmən Ərəbistanın dəhşətli cinayətlərinin odunda əzizlərini, uşaqlarını və infrastrukturlarını itirir. Sizin isə BMT-də gördüyünüz iş Yəmənə silah getməsini qadağan etmək və İranı oraya silah göndərməkdə günahlandırmaq oldu. Halbuki, Ukraynaya bacardığınız qədər silah göndərirsiniz və ukraynalıların özlərini müdafiə etmək haqları olduğunu deyirsiniz. Bu sözdən məlum olur ki, onlar fələstinliləri və yəmənliləri qətiyyən insan hesab etmirlər və ona görə də onların özlərini müdafiə haqlarını tanımırlar. Ancaq BMT-nin İnsan Hüquqları Haqqında Bəyannaməsi bütün  xalqların özünümüdafiə hüququnu rəsmi olaraq tanıyır.

Vəliyyi-fəqihin nümayəndəsi xütbəsinin digər hissəsində İslami Şura Məclisi təmsilçilərinin dövlət idarəçilərinin vəzifədən çıxarılması və təyinatına müdaxilə etmədiyini vurğulayaraq, deyib: “Əyalətin iki təmsilçisi nazirlərə ünvanladığı məktubda idarəçilərin seçilməsində müdaxilə etməyəcəklərini bildiriblər və bu hərəkət təqdirəlayiqdir.

Əyalətin digər bir təmsilçisi də bütün nazirlərə məktub yazaraq bildirib ki, idarə rəhbərlərinin təyinində və ya vəzifədən uzaqlaşdırılmasında müdaxilə etmir və (nazirlər) kiminsə idarə rəhbəri olması barədə vali ilə razılığa gələrlərsə, ona razıdır.

Bu məktubların surəti mənə göndərilib. Bu gün yeddi əziz təmsilçidən biri də mənə zəng edərək, bundan əvvəl sözügedən məsələdə fikir söyləməsinə baxmayaraq, bundan sonra heç bir fikir bildirməyəcəyini, nazir və vali hər kəsi məsləhət bilərsə, onun üçün də məsləhət olduğunu bildirdi.

Bu çox yaxşı bir hərəkətdir. Yaxşı olardı ki, digər təmsilçilər də mütəxəssislərin fikrini qəbul etdiklərini bildirsinlər. Belə olarsa, Məclisin və bütün təmsilçilərin əzəməti xalqın nəzərində ucalacaq, bac istəyənlər və hakimiyyətə susayanlar məyus olacaq, insan resurslarının idarə edilməsi rasional hal alacaq.

(Məktub yazmış) bu iki təmsilçiyə ürəkdən təşəkkür edirəm. Bununla əlaqədar olaraq ictimai medialarda vəzifədən çıxarmaq və vəzifəyə təyin edilmə məsələlərində müdaxilədən xalqımızın narahat olduğunu göstərən bütün xeyirxahlara da minnətdarlığımı bildirirəm. Bu cür xeyirxahlıq ölkənin idarə olunmasına və Məclisin yüksək mövqeyinə böyük xidmət olmaqla yanaşı, həm də ölkəmizin mədəniyyətinə xidmətdir. Beləliklə, seçki qərargahı yaltaqlığın mərkəzinə çevriləz. Digər təmsilçilər tərəfindən də belə bir hərəkət olarsa (məktub yazılarsa), xalqımız mütləq çox sevinəcək və ümidlənəcək. İslami Şura Məclisi üzvlərinin işi qanun qəbul etmək və qanunların düzgün icrasına nəzarət etməkdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button