AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: 22 Bəhmən möhtəşəm toplantısı ümumxalq səsverməsi idi

qərbə səslənib: Su üzərinə yazdığınızı başa düşdünüz?

Ərdəbil imam cüməsi deyib: “22 Bəhməndə keçirilən möhtəşəm toplantı milli referendum, həqiqi demokratiya, iqtidarın zühuru və İslam İnqilabı hərəkatının zəmanəti idi.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində İmam Xameneinin Şərqi Azərbaycan əhalisi ilə görüşündəki son bəyanatlarına, bütöv İranın yaradılmasında Ərdəbil və Səfəvi hökumətinin rolunu vurğulamasına toxunaraq deyib: “İslami İranın üç mühüm dönüş nöqtəsi var: İslamın gəlişi; ilk təqiyyə olmayan şiə hökumətinin qurulması; üçüncüsü isə İslam İnqilabının baş verməsi. Ərdəbil fəxr edir ki, bu üç dönüşdən birini Səfəvilər dövründə Ərdəbil övladları yaratmışdır.”
Ayətullah Amili qeyd edib ki, İran adlı bir ölkənin mövcudluğu azəri xalqının müdrikliyinin, şücaətinin, qeyrətinin, fədakarlığının və qəhrəmanlıq ruhunun nəticəsidir. Ona görə də əziz İranı qorumaqda və ondan təhlükəni dəf etməkdə İran azərbaycanlıları hamıdan öndədir.
Səfəviyyə Araşdırmalar Fondu yaradılacaq
İmam cümə sonra deyib: “Ali Məqamlı Rəhbərin Ərdəbilin Səfəvilər dövründəki rolu ilə bağlı bu dəyərli açıqlamalarını mübarək tutaraq İctimai Mədəniyyət Şurası tərəfindən təsdiq edilmiş “Səfəviyyə Araşdırmalar Fondu” fəaliyyətə başlayır. Bu fond Səfəvilərin tarixi və xidmətləri ilə bağlı elmi müraciət qaynağı olacaq.”
22 Bəhmən möhtəşəm qəhrəmanlıq yürüşünü yüksək qiymətləndirən Ərdəbil imam cüməsi vuğulayıb ki, bu ilki yürüşdə insanların iştirakı daha çox idi və İnqilabın əvvəlki illərində olduğu kimi idi, hətta bir çox böyük şəhərlərdə müəyyən edilmiş marşrut üzrə hərəkət etmək mümkün deyildi, çünki ən qısa vaxtda bütün marşrut insanlarla doldu.
Xətib əlavə edib: “Maraqlıdır ki, bu möhtəşəm yürüşdə bütün təfəkkür və cinahlara sahib insanlar iştirak edirdi. Mən özüm dayanacağa vaxtında çatmaq üçün yürüşün ilk vaxtlarından sürətlə hərəkət etdim, amma yolun sonuna qədər bütün yolun insanlarla dolu olduğunu gördüm. Bu nəhəng toplantı ümumxalq referendumudur, həqiqi demokratiyadır, iqtidarın zühuru və İslam İnqilabının hərəkatının zəmanətidir. Heç bir ölkə bu əhalinin yüzdə birini minlərlə çağırışla yığa bilməz.”
Ayətullah Amili qərbə səslənib: Su üzərinə yazdığınızı başa düşdünüz?
İmam cümə xütbəsinin davamında deyib: “43 il xalqımıza qarşı mübarizə apardınız, maksimum təzyiq yaratdınız, xalqımız üçün bəşər tarixində görünməmiş sanksiya tətbiq etdiniz, dediniz ki, İran xalqını qarşımızda baş əyənə qədər ac saxlayacağıq, amma indi xalqımızın böyüklüyü və İran cəmiyyətinin polad iradəsi qarşısında baş əyməli olan sizsiniz.”
Ayətullah Amili dövlətin məsul şəxslərinə də müraciət edərək deyib ki, bu nəhəng toplantı məmurların vəzifəsini ikiqat artırır. Xalq üçün izzət və asayiş yaratmaqda, onların dolanışığını yaxşılaşdırmaqda zərrəcə səhlənkarlıq etmək nemətə qarşı küfr etmək sayılır. Nemətə küfr etmək isə həmişə şiddətli ilahi əzaba səbəb olur.
İmam cümə Türkiyədə baş verən son zəlzələdə sionist rejimin maddi yardımına toxunub və bu ölkə xalqına müraciət edərək deyib: “Böyük Türkiyə xalqı diqqətli olmalıdır. israilin zəlzələ hadisəsində Türkiyəyə maddi yardım olaraq gətirdiyi hər şey oğurluq malıdır. Bu qondarma rejim onların hamısını Fələstin xalqından oğurlayıb. Onun özünün malı yoxdur. Bu mallara sahib olmaq və onları işlətmək mütləq Fələstin xalqının icazəsinə bağlıdır.”
Xətib vurğulayıb: “israilin sizin ölkənizə gəlişi sizə hörmət üzündən deyil, rəng dəyişdirmək məqsədi ilədir. Diplomatiyanı gücləndirmək və əlaqələr qurmaq üçün zəlzələnin imkanlarından istifadə etmək istəyir. Əgər sizə hörmət üzündən idisə, bəs niyə Mərmərə gəmisindəki cinayətinə görə üzr istəmədi? Baxmayaraq ki, Türkiyə prezidenti onların üzr istəməkdən başqa çarələrinin olmadığını bildirmişdi.”
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi əlavə edib: “Türk millətinə deyirəm. Həmd olsun Allaha, 100 ölkədən ölkənizə yardımlar gəlib və sizin haram mala ehtiyacınız yoxdur.”
İmam cümə xütbəsinin davamında deyib: “israil bizim qonşuluğumuzda 5000 başlıq camış ferması tikmək qərarına gəlib. Mən bu ölkənin xalqına deyirəm ki, bu maldarlıq köklü şəkildə oğurluqdur və əxlaq alimlərinin təbirincə desək, oğurlanmış və haram mal nəcasət və iyrəncliyə daha yaxındır. Ondan istifadə etməyin və övladlarınıza verməyin. Əks təqdirdə bu yolkəsən oğrunun cinayətinə şərik olacaqsınız.”
Ali Məqamlı Rəhbərin əfv sərəncamı ölkəni idarə etmək üçün nəcib iradədən xəbər verir
Ali Məqamlı Rəhbərin ölkədə baş verən son hadisələrdə mütləq təqsirli olan şəxslərin əfv edilməsi ilə bağlı verdiyi son sərəncamı diqqətə çatdıran imam cümə deyib ki, İslam İnqilabının Böyük Rəhbərinin mütləq təqsirli olanlar üçün əfv sərəncamı ölkəni idarə etməkdə çox nəcib və dəyərli iradə nümayiş etdirir. İnqilab Rəhbərinin bu göstərişi “möminləri qanadının altına al” ayəsinin və Peyğəmbərin (s) bütün ümmət üçün ata olması vəsfinin bariz nümunəsidir.
Ali Məqamlı Rəhbərin və məhkəmə sisteminin bu addımını təqdir etməyin lüzumunu bildirən Ayətullah Amili deyib: “Bu addım xüsusilə Amerika kimi bir ölkənin öz xalqı ilə rəftarından xəbərdar olanlar tərəfindən daha yüksək qiymətləndirilir. Hansı ki, Amerika hökuməti polisə məhz şübhələndiyi hər kəsi öldürməyi tapşırmışdır. Onlar həmçinin Amerika ordusuna Təhlükəsizlik Şurasının icazəsi olmadan şübhələndikləri istənilən ölkəyə hücum etməyə icazə verdilər. İraq və Suriyaya hücum Təhlükəsizlik Şurasının icazəsi olmadan həyata keçirilib.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button