AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbil Əyalətinin Mətbuat Evi Ayətullah Amilinin mediaya dəstək mövqeyini yüksək qiymətləndirir – Bəyanat

 

Ərdəbil Əyalətinin Mətbuat və Media Evi bəyanat yayaraq Ərdəbilin hörmətli imam cüməsinin KİV-ə dəstəkdə mütərəqqi və elmi mövqeyini yüksək qiymətləndirib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Əyalətinin Mətbuat və Media Evi bəyanat yayaraq Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi və Ərdəbilin hörmətli imam cüməsi Ayətullah Seyid Həsən Amilinin xütbələrinə işarə edərək, xəbər və onun çatdırılmasının əhəmiyyətini, habelə ideal jurnalist göstəricilərini açıqlaması, media mənsublarına verdiyi dəstək və təqdirə görə ona öz minnətdarlıqlarını bildirib.

Bəyanatda deyilir:

Allahın adı ilə

Cümə namazı tribunası inqilabi və dini diskurs üçün əvəzolunmaz meydandır. Vəliyyi-fəqihin Ərdəbil əyalətində hörmətli nümayəndəsi və Ərdəbilin alim imam cüməsi həzrət Ayətullah doktor Seyyid Həsən Amili bu həftənin cümə namazında Mahmud Sarəminin şəhadət ildönümü və Jurnalistlər Günü münasibətilə bu günü uca tutmaqla yanaşı, maarifləndirici bəyanat və müdrik mövqelər təqdim edərək xəbər, xəbər çatdırılması və ideal jurnalistikanın göstəricilərini izah etdi, bu təbəqənin şücaət, azadlıq və çətinliklərindən nümunəvi incəliklə danışdı.

Ərdəbil Əyalətinin Mətbuat və Media Evi Ərdəbilin sədaqətli, qayğıkeş, israrlı və tələbkar imam cüməsi həzrət Ayətullah doktor Seyyid Həsən Amilinin mütərəqqi və elmi mövqelərini səmimiyyətlə dəyərləndirməyi zəruri hesab edir.

Ümid edirik ki, bütün məsul şəxslər və dövlət xadimləri onun müdrik bəyanatlarını sərlövhə etməklə və media sahəsinin imkanlarına xüsusi diqqət yetirməklə, mediaya və mətbuata mühüm missiyalarını yerinə yetirməkdə yardım edəcəklər ki, İslam cəmiyyətinin yüksəlişinin şahidi olaq.

Ərdəbil Əyalətinin Mətbuat və Media Evi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button