Ərbəin yürüşü indidən, ilkin mərhələdə müstəkbirləri dəhşətə salması Ərbəinin içindəki mərifət və böyüklükdən qaynaqlanır.
Allahın adı ilə
Ərbəin yürüşü indidən, ilkin mərhələdə müstəkbirləri dəhşətə salması Ərbəinin içindəki mərifət və böyüklükdən qaynaqlanır. Ərbəin yürüşünün əsrlər sonra yenidən gündəmə çıxmasını son 50 ildə İslam dünyasında, xüsusilə Şiələrin yaşadığı coğrafiyada baş verən inqilab və qiyamlardan qaynaqlanmadığını düşünmək mümkün deyil. Ərbəin yürüşü əslində oyanışın təzahürlərindən biridir, bəlkə də güclü tərəflərindən biridir. Hidayət öndərlərinin oraya qoyduğu xəttə yönəlməkdir. Çünki;
Hidayət Öndərlərinin varlığı daima şeytan düşüncəsinin davamçılarını daima qorxuya salmışdır.
Hidayət Öndərlərinin varlığı istikbar gücün varlığını təhdid etmişdir. Rəsulullahdan (s.a.s) sonra, Məsum imamların varlığı daima tağutların qorxulu yuxusu olmuşdur. Onlar məsum imamların varlığını həzm edə bilməmişlər. Vilayetin ağırlığı və əzəməti tagutları narahat etməkdəydi. Buna görə də vilayet paltarı geyinən şəxslərin yox olması (onların nəzərində) lazım idi. Əməvi səltənəti (də) imamların varlığını həzm edə bilməmiş, ona görə də onları şəhid etmişlər. Abbasilər hakimiyyətlərinin ilk mərhələsində öz səltənətlərini imamların kölgəsində yoxolma təhlükəsindən qorumaq istəyirdilər. Ona görə də onlar imamların qəbirlərini qoruyan kimi görünürdülər. Bu siyasətlərin heç bir nəticə vermədiyini görəndə, imamları şəhid otməklə yanaşı, məzarlarını belə dağıtdılar. Abbasilərin son dönəmlərinə qədər 11 imam şəhid edilmiş, 12-ci İmam Hz. Mehdinin (əf) qeybət dönəmi başlamışdır. Hz. Mehdinin (ə) varlığı tağutları qorxutmayacaq dövr kimi tanınır. Bu müddət susqunluq dövrü olmuşdur. Qeybət dövründə Hz. Mehdinin (ə.f) varlığı hiss edilmədiyinə görə, həzrətin ağırlığı və düşmənləri qorxutması da hiss edilməmişdir. Lakin bu dövrdə İmam Hüseynin (ə) Məhərrəm-Səfər aylarında Kərbəla məzlumiyyəti, Aşuradakı ağ və işıqlı səhifəsi, sinədən sinəyə keçərək bu gün də canlı qalmasına səbəb olmuşdur. İslam ümmətinə hakim Əməvi və Abbası sultanlıqları, sonda isə Osmanlı İmperatorluğunun dağılmasından sonra, islam ümməti Qərb sivilizasiyasının birbaşa və dolayısı ilə rəhbərliyi altında dünyəvi sistemin əsiri kimi yaşamağa məcbur oldu.
Bu yeni dövrdə, qərb və tağuti sistemlər varlıqlarını təhdid edən vilayət cizgisini təhrif etmək üçün yollar və metodlar axtarıb icra etməyi üsün bilirlər.
Buna bir neçə örnək:
1.Hüseyni qıyamı təhrif edib, İmam Hüseynin (ə.s) sadəcə olaraq məzlumiyyətini gündəmə gətirərək əsl həqiqət və hədəflərini gizlətmək.
2. Xalqı vilayətin davamı və “nicat resepti” olan Mehdilik inancından uzaq tutmaq.
3. İmamlar üçün gözəl türbələr düzəldilməsi, qızılla bəzədilməsi, məzar ziyarətləri və mərasimlərini gözəl şəkildə həyata keçirməsi üçün hər cür rahatlıq və şərait yaratmaq.
4. Bundan da təhlükəlisi odur ki, iqtidarlar festival kimi matəm mərasimlərini təşkil və dəstəkləyirlər.
Qeybət dönəmində dini liderlər, mütəfəkirlər və möminlərin vəzifəsi Məhərrəm, Kərbəla, Aşura və Ərbəini müstəkbir güc, tağuti sistemlərdə qorxu, narahatlıq yaradan yönünü təbliğ etməlidirlər. Yəni Hüseyni qıyamda “Tebyin cihadı”, xalqı aydınlığa çıxaran təbliği etməlidirlər.
Aşura mərasimləri taguti rejimleri qorxutmursa, alimlərin Məhərrəm-Səfər söhbət və xütbələri xalqı Hüseyni olaraq şüurlandırmırsa, Məhərrəm və Kərbəlanın mesajı bəşəri rejimləri narahat etmirsə, Ərbəin yürüşü və ziyarəti qlobal istikbarı dəhşətə düşürmürsə və bütün bunlar Hüseyni qıyama xidmət deyil, Hüseyni məzlumiyyəti anmadır sadəcə.
Salam olsun Hüseyni qıyamı, Hüseyni dillə bəyan edənlərə…
Salam olsun “ Tebyin Cihadı” anlayan Vilayət sahibi Hz. Mehdinin (ə.f) zuhuruna şərait hazırlayanlara!
Səbahətdin Türkyılmaz