ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

əməkdaşlıq və sıx əlaqə, fikir ayrılığı və düşmənçiliyi əvəz etməlidir

Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Benzayed Əl-Nəhyan ilə görüşdə deyib: “Regionda heç bir ölkənin marağında olmayan və hazırkı vəziyyətdə davam edən düşmənçilik və fikir ayrılığını aradan qaldırmaq səyləri əməkdaşlıq və sıx əlaqə ilə əvəz olunmalıdır.

strateji zona sayılan Fars körfəzi ölkələri arasında fikir ayrılıqlarının və inamsızlığın olması regionun iqtisadi inkişafına və regiondankənar düşmənlərin istəklərinə xidmət edən ciddi maneədir. İran və BƏƏ arasında əlaqələrin inkişafı üçün bir il əvvəldən yaradılmış uyğun platformaları nəzərə alaraq, bu səfəri iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin yeni mərhələsinə qədəm qoyması üçün yaxşı bir başlanğıc hesab edirəm.”

BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed də admiral Şamxaninin Birləşmiş Ərəb Əmirliklərinə mühüm səfərindən öz məmnunluğunu ifadə edib.

“Böyük və qüdrətli İran ölkəsi ilə əməkdaşlıq və dostluq Birləşmiş Ərəb Əmirlikləri üçün çox mühüm və vacibdir. Əbu-Dabi ilə Tehran arasında isti və qardaşlıq münasibətlərinin inkişafı Birləşmiş Ərəb Əmirliklərinin prioritetləri sırasındadır.” deyə o bildirib

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button