ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ƏLİZAMİN SALAYEV ACLIĞIN 70-Cİ GÜNÜ

Əlizamin bəy 2 ay 10 gündür həbsxanada etiraz aclığı edir. Bu günlər ərzində aksiyanı, etirazın böyüklüyünü, çapını gözdən salmaq üçün hakimiyyət əlaltıları nələr eləmədi? Əvvəlcə yazırdılar ki, insan bir belə ac qala bilməz, bu mümkün deyil, müxalifətçilərin yalanıdır. Yumşaq desək, dünya praktikasından xəbərsiz, sadəlövh adamlar inanırdı, təkrar edirdi – ola bilməz. Daha özlərinə sual vermirdilər ki, yalan olsaydı həbsxana rəhbərliyi ordaca ifşa edərdi, Ə.Salayevin yemək yeməsi videosunu yayardı!..
Dünyada məşhur həbsxana aclıqları haqqında post yazdım, məlumat linklərini çap elədim. Bir müddət susdular.
Bir neçə gün öncə dostlarımım birinin divarında yenə oxudum ki, nə oldu, aclıq üzrə dünya çempionları elə hamısı Azərbaycanda imiş ki, Bakıya yığışıbmış? Ola bilməz…
Nə demək istədikləri aydın, çirkin niyyətləri həməndir – inamsızlıq yaratmaq, diskreditasiya eləmək. Naivlər də təkrar edir.
Hələ 15 il öncə Azərbaycanda aclıq aksiyaları 2-3-5 gündən artıq olmurdu, son illərdə isə Tofiq Yaqublu, Mehman Hüseynov, Saleh Rüstəmli, Bəxtiyar Hacıyev, indi də Əlizamin Salayev insanı təəccübləndirən, heyrətə gətirən uzunmüddətli aclıq nümunələri sərgiləyiblər. Saxta olmadığı 100% aydın və məlum olan aclıq müddətləri müxtəlifdir, amma yetərincə böyükdur, ən böyük müddət isə Əlizaminindir.
Ən məşhur aclıq aksiyasıları ilə müqayisə edək.
Dünyada “Irish Hunger Strike” adı ilə tanınan 1981-ci ilin İrland Aclıq Aksiyası Britaniyanın tərkib hissəsi olan Qüzey İrlandiyadakı münaqişə ilə bağlı beş illik etirazın zirvə nöqtəsi oldu. İngilis həbsxanasında aclıq edən 23 irland, – və eyni zamanda katolik, – məhbusdan ibarət qrup aclıq aksiyası keçirdi, keçirənlərdən 10 (on!) nəfəri aclıq sonucunda da öldü! İngilis hökuməti, baş nazir, “Dəmir Lədi” ləqəbli Marqaret Tətçər bərk dirəşdi, heç bir güzəştə getmək istəmirdi, amma bir belə vətən fədaisisinin ölümünün və dünyada yaratdığı rezonansın, etiraz və qınaq dalğasının qabağında duruş gətirə bilmədi, güzəştə getməyə məcbur oldu, az da olsa!..
Dəstənin lideri, aclığa birinci başlayan Robert (Bobbi) Sənds 66 gün ac qaldı və süni yedirdilməsinə baxmayaraq dünyadan köçdü. Aclıq edib ölənlərin cədvəlinə baxın.
Participants who died on hunger strike
Name Paramilitary affiliation Length of strike
Bobby Sands IRA 66 days
Francis Hughes IRA 59 days
Raymond McCreesh, IRA 61 days
Patsy O’Hara INLA 61 days
Joe McDonnell IRA 61 days
Martin Hurson IRA 46 days
Kevin Lynch INLA 71 days
Kieran Doherti IRA 73 days
Thomas McElwee IRA 62 days
Michael Devine INLA 60 days
Aclıq aksiyasına bilərəkdən Bobbi Səndsdən az qala 3 ay sonra, məhz diqqəti daha ço cəlb etmək üçün, siyasi PR və reklamın daha çox səmərəsi naminə qoşulan Kevin Linç 71, – yetmiş bir! – gün, Kieran Doherti isə hətta 73, – yetmiş üç! – gün ac qaldılar və dünyadan köçdülər. Başqa iştirakçılar 62, 61, 60 gün ac qalaraq dünyadan getdilər. Ən tez ölən 46 gün aclıqdan sonra Martin Hurson oldu…
Bu yerdə daha bir səfeh irad yadıma düşdü “Siz elə 30-40-cı gündən ölüm ayağındadır deyirdiniz”. Ölüm ayağında olan insana elə “Ölüm ayağındadır” deyərlər, haray salarlar da! Başqa nə deyək? Kefindən aclıq çəkir? Kilo atmaq, belini incəltmək üçün yeməkdən imtina edib?!
Sözümün canı odur ki, katolik əhalisi yarım milyon olan Qüzey .İrlandiyada bir belə ac qala bilən tapıldısa, əhalisi 7-8 milyon olan Azərbaycanda niyə tapılmasın ki? Bir belə adamın bir belə ac qalması onların aclıq çəkmə bacarığı, “istedadını” yox, hakimiyyətin insanlara etdiyi zülmün şiddətini, dərəcəsini, həm də etirazın dərəcəsini göstərir!
Ədalətsizlik, zülm insanları o həddə çatdırır ki, zülm içində yaşayaraq, dözərək öz ideaları, amalları uğrunda mübarizə etmək əvəzinə ölməyi üstün tuturlar…
Bu zülmün qarşısında qorxudan susursunuzsa, ya daha pis, zülümkara işləyisinizsə, heç olmasa azca vicdanınız, ictimai əxlaqınız olsun, belə dəhşətli formada etiraz edən, ölümə gedən adamlara rişxənd etməyin!
Allahın cəzasından qorxmursuz?!
Qorxmursunuzsa, özünüz bilərsiniz, amma acısını çəkəndə bu sözlərimi xatırlayarsız, mən ölü, siz diri…
Əlizamin Salayev heç bir təqsiri olmayan, şərlənib həbs edilən çox dəyərli və ləyaqətli bir insan, zülmə baş əyməyən Azərbaycan vətəndaşı, gerçək qəhrəmandır! Bəxtiyara tapan kimi, Əlizaminə yarısaxta da olsa kompromat tapmayıblar, tapa bilməyiblər!
Əlizamin Salayevi azad edin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button