ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əliyevlər azərbaycançılıq təbliğatında səmimi deyillər

Cəmil Həsənli: Heydər Əliyev birinci katib olan kimi yazışmaları rus dilinə keçirtdi.

Milli Şuranın sədri, professor Cəmil Həsənli Əliyevlər hakimiyyətinin azərbaycançılıq barədə təbliğatlarının yalan olduğunu bildirib.

Cəmil Həsənlinin apardığı araşdırmaya əsasən, Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra respublika partiya təşkilatında bütün yazışmaları və müzakirələri rus dilində keçirdi. Hətta respublika daxilində olan bütün idarə-müəssisələrə göstəriş verildi ki, Mərkəzi Komitəyə məktubları rus dilində göndərsinlər. Yalnız Yazıçılar İttifaqı bu göstərişə riayət etmədi.

Professorun fikrincə, Heydər Əliyev 1971-ci ilin oktyabr ayının 29-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Kimitəsinin plenumundakı məruzəsi ilə milli hislərin üzərindən çalın çarpaz bir xətt çəkdi. Bunun üçün həmin məruzənin 1971-ci ilin noyabrın 2-də “Kommunist” qəzetindəki qısaldılmış mətninə baxmaq yetərlidir. Həmin məruzədəki tənqiddən sonra Bəstəkarlar İttifaqının sədri Qara Qarayev Azərbaycandan getməli oldu, Ensiklopediyanın 20 min tirajla nəşr edilmiş birinci cildi hər yerdən yığışdırılıb məhv edildi, “Qobustan” jurnalı türkçülüyü yaymaqda ittiham edildi, tanınmış tarixçilər Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əliyarovun təqibi başladı, vəfat etmiş anasını molla ilə dəfn etdiyinə görə bəstəkar Musa Mirzəyevin məsələsi Bəstəkarlar İttifaqının partiya təşkilatında müzakirə edildi və sair. İndi bütün bunlar ziyalılara qayğı kimi göstərilir.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button