AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Əfqanıstanda Talibanın hökumətə gəlməsinin Dağlıq Qarabağ münaqişəsinə təsirləri

 

“Bu bölgə (Dağlıq Qarabağ) BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə görə, Azərbaycan torpağının bir hissəsidir. Ancaq 27 il ötməsinə baxmayaraq, Ermənistan hələ də bu bölgənin işğalını davam etdirir. BMT müsəlmanların problemlərini həll etməkdə süst və aciz olduğu qədər, xristianların istəyini təmin etməkdə çevik və güclüdür.”

Qafqaz Həqiqətləri  Yuxarıda qeyd olunan ifadələr Taliban qrupunun ötən il ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına dəstək bəyanatının bir hissəsidir. Baxmayaraq ki, həmin zaman kəsiyində Əfqanıstanın Xarici İşlər Nazirliyi də oxşar mövqe sərgiləyərək Bakını dəstəklədi, lakin Ermənistanın sərt reaksiyası və bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dayandırmaqla təhdid etməsindən sonra Əşrəf Qəni hökuməti diqqəti çəkən həddə mövqeindən geri çəkildi.

Əfqanıstanda 2021-ci ilin yayında Talibanın hökumətə gəlməsindən sonra onun nəzarətində olan hökumət Qarabağ münaqişəsi ilə bağlı hələ rəsmi mövqe bildirməsə də, bu mövzuda Əfqanıstan İslam Əmirliyinin mövqei də Pakistanın mövqeinə yaxın olacaq. Kəşmir və Qarabağın vəziyyəti arasında ortaq tale yaşandığından Pakistan 30 ildir ki, Ermənistanın müstəqilliyini tanımamışdır.

Belə nəzərə gəlir ki, Talibanın hökuməti, başqa sözlə, Əfqanıstan İslam Əmirliyi İslam dünyasının bir hissəsi tərəfindən tanındığı surətdə Əfqanıstanın Ermənistanla diplomatik əlaqələrinin kəsiləcəyini görmək elə də çətin deyil. Hətta Pakistanla oxşar mövqedən çıxış edərək Ermənistanın müstəqilliyini tanımasını geri götürməsi mümkündür. Qeyd olunan mövzu gerçəkləşərsə, Əfqanıstan İslam Əmirliyinin Azərbaycan Respublikası tərəfindən tanınması ehtimalı daha çox artacaq . Beləliklə, İranın şimal-qərb sərhədləri yaxınlığında Qafqaz bölgəsində son vaxtlarda formalaşmış Pakistan-Azərbaycan-Türkiyə əməkdaşlıq üçlüyü, İranın şərq sərhədində və Əfqanıstanda başqa bir formada təkrarlana bilər. Vəziyyət bu səmtə gedərsə və Talibanın nəzarətində olan hökumət Ermənistan qarşısında oxşar mövqe seçərsə, Ermənistan KTMT-dən Əfqanıstanın çıxarılması, yaxud üzvlüyünün dayandırlması üçün siyasi təzyiqlərini artıracaq və bu ölkəni KTMT -nin digər üzvü olan Tacikistanın yanında dayandıracaq. Halbuki, Tacikistan Taliban hökuməti ilə açıq-aşkar müxalif olan tək Orta Asiya ölkəsidir və Pəncşir Vadisində Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət hərəkatına dəstək verir.  

Belə bir durumda Rusiya KTMT-nın birliyini və bütövlüyünü qorumaq, habelə, bu rusçevrəli təşkilatın tərkibində Orta Asiya və Qafqazın hər iki tərəfində Tacikistan və Ermənistanı saxlamaq məqsədilə Əfqanıstanın KTMT-nə üzvlüyünü dayandırılmasına razılıq verməsi gözləniləndir.

Yuxarıda qeyd olunanlara diqqət etməklə , bu yazıda Əfqanıstanda baş verən hadisələrin Qafqaz bölgəsinə təsirinin dönüş nöqtələrini nəzərdən keçirməyə səy göstəriləcək. Hansı ki, bu hadisələri 1990-cı illərdə əfqan mücahidlərinin birinci Qarabağ müharibəsində iştirakı, 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra üç Qafqaz ölkəsinin Əfqanıstana hərbi qüvvələr və sülhməramlılar göndərməsi, Azərbaycan Respublikası və Gürcüstanın 2009 -cu ildən NATO-ya məxsus hərbi təchizatın Əfqanıstan, Orta Asiya və Qafqazdan Avropaya ötürülməsi üçün “şimal paylayıcı şəbəkəsi”ndə iştirak etməsi, Bakı və Tbilisi nin 2018-ci ildən Lazurit tranzit yolunda yer alması, 2021-ci ilin yayında Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi kimi zaman kəsimlərinə bölməklə, Əfqanıstanın hazırkı hadisələrinin Qarabağ münaqişəsi dəyişikliklərinə təsirini daha yaxşı başa düşmək olar.

Təbii cəhətdən Qafqaz və Əfqanıstan arasında nisbətən uzaq məsafə vardır, ancaq bu bölgə, əsasən də Azərbaycan Respublikası və Ermənistan ötən 30 ildə müxtəlif zaman kəsiyində bu ölkə olaylarının təsiri altına düşmüşdür. Onu dönüş nöqtələrini nəzərə alaraq beş dövrə bölmək olar:

Birinci dövr, 1990-cı illərin əvvəlləridir ki, bir sıra əfqan mücahidlər çeçen və dağıstanlı qüvvələrlə birlikdə birinci Qarabağ müharibəsində (1988-1994) ermənilərə qarşı mübarizədə iştirak etdilər;

İkinci dövr, 2001-ci ildə 11 sentyabr hadisəsi və Amerikanın Əfqanıstana hərbi hücumu dur . Bu hücumda Ermənistan, Azərbaycan və Gürcüstan ölkələri NATO və koalisiya qüvvələri ilə birlikdə Əfqanıstana hərbi qüvvə və sülhməramlılar yeritdilər.

Üçüncü dövr: 2009-cu ildən etibarən Qafqaz bölgəsinin NATO hərbi avadanlığının , Özbəkistan-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan marşrutu ilə Avropa ya ötürülməsi üçün  Şimal Paylayıcı Şəbəkəsi ”- nin ikinci marşrutunda iştirakı dır. “Şimal Paylayıcı Şəbəkəsi”-nin Pakistan marşrutundan təhlükəli olmasına, habelə 2014-cü ildə Ukrayna böhranından sonra Rusiya və NATO arasında əməkdaşlığın sona çatması ilə Moskvanın Latviya-Rusiya-Qazaxıstan-Özbəkistandan ötən “Şimal Paylayıcı Şəbəkəsi”-nin birinci marşrutunun bağlaması səbəbindən NATO-nun Əfqanıstandan avadanlıq daşıma sının 90 faizi həmin marşurut (Özbəkistan-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan) vasitəsilə həyata keçirdi.

Dördüncü dövr: 2018-ci ilin dekabr ayında Türkmənistan-Xəzər dənizi-Azərbaycan- Gürcüstan-Türkiyə-Avropadan keçən Lazurit tranzit yolunun (Lapis-Lazuli dəhlizi) açılmasıdır. Hansı ki, ilk dəfə olaraq, Əfqanıstan tranzit və iqtisadi marşrutu nun Qafqaz regionundan keçmə sinə imkan yarandı.

Beşinci dövr, 2021-ci ilin yayında Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsidir. Bu hadisənin Qafqaz regionuna, xüsusilə də Qarabağ münaqişəsinin prosesinə ciddi təsir və nəticələri ola bilər. Ötən il ikinci Qarabağ müharibəsində Əfqanıstanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq elan etdi ki, “Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə rəsmi olaraq Azərbaycan Respublikasının ərazisi kimi tanınır və Əfqanıstan onun Ermənistan tərəfindən işğalına son qoyulmasını istəyir.” Əşrəf Qəni hökumətinin mövqei Bakı tərəfindən alqışlansa da, Ermənistan Parlamentinin sədri Ararat Mirzoyan KTMT-nın Parlament Assambleyasının katibliyindən Əfqanıstanın bu təşkilatda üzvlüyünü dayandırmasını istədi. Əfqanıstan və Serbiya 2013-cü ildən sözügedən təşkilatın üzvləridir. Ermənistanın bu istəyi təşkilat, əsasən də Rusiya tərəfindən qəbul edilməsə də, İrəvanın sərt reaksiyası Əfqanıstan dövlətinin geri çəkilməsinə səbəb oldu və bu ölkənin XİN-i digər bir bəyanat yayaraq bildirdi: “Əfqanıstan hökumətinin mövqei budur ki, münaqişə müzakirə və danışıqlar yolu ilə həll olsun və biz bu mövqeimizdə sabitik.”

Ancaq həmin dövrdə , yəni ikinci Qarabağ müharibəsi zamanı Taliban qrupu da özünə aid internet saytında Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı. Həmin bəyanatın bir hissəsində deyilir: “Bu bölgə (Dağlıq Qarabağ) BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə görə, Azərbaycan torpağının bir hissəsidir. Ancaq 27 il ötməsinə baxmayaraq, Ermənistan hələ də bu bölgənin işğalını davam etdirir. BMT müsəlmanların problemlərini həll etməkdə süst və aciz olduğu qədər, xristianların istəyini təmin etməkdə çevik və güclüdür.”

Qeyd edək ki, Talibanın bəyanatında Qarabağın vəziyyəti ilə eyni zamanda Fələstin, Cənubi Sudan və Şərqi T imor kimi bölgələrin vəziyyətinə də toxunulur və Talibanın əqidəsinə görə, bu münaqişələrdə BMT -nin Təhlükəsizlik Şurası həmişə qeyri-müsəlmanların xeyrinə əməl etmiş və müsəlmanların hüquqlarını görməməzlikdən gəlmişdir.

2021-ci ilin yayında Əfqanıstanda Taliban hökumətə gəldikdən sonra İslam Əmirliyinin Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqei hələ açıqlanmasa da, gözlənilən budur ki, Talibanın mövqei bu qrupun ötən 30 ildəki ənənəvi və həmişə tutduğu mövqe olacaq. Talibanın bu mövqei Pakistanın mövqeinə çox yaxındır. Belə ki, Pakistan ötən 30 ildə Ermənistanın müstəqilliyini tanımamışdır . Pakistanın bu mövqei hətta Türkiyə, Yəmən və Ərəbistanın da mövqeindən sərtdir. Hansı ki, bu ölkələr Ermənistanın müstəqilliyini tanımamaqla eyni zamanda Qarabağ münaqişəsində Azərbaycan Respublikasına dəstək olaraq, 30 ildə n çoxdur Ermənistanla diplomatik münasibətləri kəsiblər. İslamabad və Bakının Kəşmir və Qarabağ münaqişələrindən çıxardıqları nəticə bu iki ölkənin yaxın laşmasında çox ciddi rol oynamışdır. Həmin amil ötən 30 ildə Ermənistanı Hindistana yaxınlaşdırmışdır. Ona görə də Taliban hökuməti təsbit olacağı və dünya ictimaiyyəti tərəfindən rəsmi şəkildə tanındıqdan sonra Pakistanın sərt mövqeinə oxşar bir mövqe tutacağı, hətta Əfqanıstan tərəfindən Ermənistanın tanınmasını da geri götürəcəyi gözlənilir. Baxmayaraq ki, 1996-2001-ci illərdə Taliban hökuməti Pakistan, Türkmənistan, BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən tanınsa da, hal-hazırda heç bir ölkə onu rəsmi olaraq tanımır. Talibanın idarə etdiyi hökumətin siyasi quruluşunda insan haqları, qadınların, müxtəlif etnik qrup və dinlər in vəziyyəti narahatlığa səbə b olan ciddi mülahizələrdir və bu mövzular digər ölkələrin Taliban hökumətini tanımamasına səbəb olmuşdur. Ona görə də hazırkı mərhələdə İran, Rusiya, Çin, ABŞ, Özbəkistan, Türkiyə və Qətər də daxil olmaqla bir çox ölkələr Talibanı rəsmi tanımadan onun rəhbər və nümayəndələri ilə görüşlər keçirmiş, müzakirələr aparmışdır.

Ancaq Taliban qarşısında dayanan əsas problemlərə qalib gələ bilsə, bir sıra ölkələr onun beynəlxalq səviyyədə tanınması prosesi üçün hərəkətə keçəcək. Bundan sonra ötən 30 ildə olduğu kimi Taliban Qarabağ münaqişəsində Azərbaycan Respublikasına dəstək verəcək , Əfqanıstan qabaqkından daha çox Pakistan, Türkiyə və Azərbaycan Respublikasına yaxınlaşacaq. Bu üç ölkə (Pakistan, Türkiyə və Azərbaycan) siyasi və hərbi yaxınlığına və Qarabağ münaqişəsində ortaq mövqe göstərdiklərinə görə, son həftələrdə Azərbaycan Respublikası ərazisində “Üç qardaş” birgə hərbi manevr keçirdilər. Bu mövzu gerçəkləşdiyi və Taliban Əfqanıstanın Ermənistanla diplomatik münasibətlərini kəsməsi, hətta Ermənistanın müstəqilliyini tanımasını geri götürdüyü təqdirdə, Azərbaycan Respublikası Taliban hökumətini tanımağa daha çox qətiyyət göstərəcək. Bu üzdən İranın şimal-qərb sərhədləri yaxınlığında Qafqaz bölgəsində formalaşmış Pakistan-Azərbaycan-Türkiyə üçlük əməkdaşlığının, İranın şərq sərhədi olan Əfqanıstanda da təkrar olacağı gözlənilir. Vəziyyə t bu istiqamətə yönələrsə və Talibanın nəzarətində olan hökumət Ermənistan qarşısında Pakistanın mövqeinə oxşar mövqe seçərsə, Ermənistan KTMT-dən Əfqanıstanın çıxarılması, yaxud üzvlüyünün dayandırlması üçün siyasi təzyiqlərini artıracaq və bu ölkəni KTMT-nin digər üzvü olan Tacikistanın yanında dayandıracaq. Hansı ki , Tacikistan Taliban hökuməti ilə açıq-aşkar müxalif olan tək Orta Asiya ölkəsidir və Pəncşir Vadisində Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət hərəkatına dəstək verir. Belə bir durumda Rusiya KTMT-nın birliyini və bütövlüyünü qorumaq, habelə, bu rusçevrəli təşkilatın tərkibində Orta Asiya və Qafqazın hər iki tərəfində Tacikistan və Ermənistanı saxlamaq məqsədilə Əfqanıstanın KTMT- ə üzvlüyünü dayandırılmasına razılıq verməsi gözləniləndir.

Vəli Kaleci, Prezident Aparatının Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı və İran-Avrasiya Elmi Şurasının üzvü

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button