ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ədliyyə Nazirliyi qarşısındakı aksiyada saxlanılan AXCP üzvləri həbs olundu

Qafqaz Həqiqətləri “Meydan tv” ə istinadən xəbər verir ki, Hər iki fəal xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir

Martın 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərnin Ədliyyə Nazirliyinin qarşısında keçirdikləri etiraz aksiyasında saxlanılan iki nəfər haqqında həbs qərarı verilib. Bunlar AXCP Səbail şöbəsinin sədri Ceyhun Novruzov və Sabunçu Rayon Gənclər Komitəsinin sədri Səhlədar İsgəndərlidir.

Adları çəkilən partiya fəallarının hər ikisi martın 31-də Yasamal Rayon Məhkəməsinə gətirilib. Ceyhun Novruzovun işinə hakim Rəşad Cavadzadə, Səhlədar İsgəndərlinin işinə isə Rauf Daşdəmirov baxıb.

Martın 30-da Ədliyyə Nazirliyinin qarşısında saxlanılıb polis bölməsinə aparılandan sonra onlar haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokol tərtib edilib. Məhkəmə də onları bu maddələrlə cəzalanıdırıb. Ceyhun Novruzova 30, Səhlədar İsgəndərliyə isə 25 sutka inzibati həbs cəzası verilib.

AXCP üzvləri partiyanın Salyan təşkilatının sədri, həbsdə 52 gündür aclıq etdiyi bildirilən Zamin Salayevin azadlığa buraxılması tələbilə etiraz aksiyası keçirmişdi. Zamin Salayev təqsirsiz olduğunu, şərlənərək həbs edildiyini bildirir.

AXCP-dən bildirilib ki, həm Ceyhun Novruzov, həm də Səhlədar İsgəndərli haqqında çıxarılmış həbs qərarından apelyasiya şikayəti veriləcək.
Martın 30-da keçirilən etiraz aksiyasında saxlanılan şəxslərin bir qismi isə cərimələnib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button