ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Terrorçu rejimin təhdidinə partiya sədrindən cavab

Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək sionist rejimin HƏMAS üzvlərinə qarşı Türkiyədə terror əməliyyatları keçiriləcəyinə dair bildirişlərinə sərt münasibət bildirib:

“Türkiyə Cümhuriyyəti böyük dövlətçilik tarixi olan güclü dövlətdir. Ankara heç bir ölkənin kəşfiyyatının Türkiyə ərazisində cinayət törətməsinə və ya adam öldürməsinə icazə verməyəcək”,- Doğu Perinçək deyib.

Partiya sədri sionist rejimin Türkiyə ərazisində hansısa terror əməliyyatları reallaşdıracağı təqdirdə onun cavabsız qalmayacağını vurğulayıb: “İsrail kəşfiyyatı Türkiyədə HƏMAS liderlərinə qarşı hər hansı əməliyyat keçirməyə cəhd edərsə, bu, çox dəhşətli nəticələrə gətirib çıxaracaq. Bu, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olacaqmı? Sual açıq qalır. Hər şey mümkündür”, – o bildirib.

Qeyd edək ki, MOSSAD-ın Qəzzəyə qarşı cinayətlər başa çatdıqdan sonra HƏMAS üzvlərini bütün dünyada, o cümlədən Türkiyədə izləyəcəyi və terror edəcəyi barədə məlumat, Ankarada kəskin etiraz doğurub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button