ArxivQarabağXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “Rusiya heç vaxt razı olmaz ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun”

Siyasi şərhçi Zərdüşt Əlizadə bildirir ki, 30 ildir davam edən münaqişəni Rusiya başlayıb, idarə edən də odur.
“Rusiya bu münaqişənin dirijoru kimi çalışır ki, o davam etsin. Bu situasiya vasitəsilə Rusiya Gürcüstan da daxil olmaqla Qafqazı asanlıqla idarə edir”, – Z.Əlizadə əlavə edir.
Politoloqun sözlərinə görə, Rusiya heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmaz: “Bu sadə həqiqətləri aşkar etməmək və münaqişənin həlli istiqamətində proseslərin davamı görüntüsünü yaratmaq üçün Rusiya vaxtaşırı belə addımlar atır. Bunun üçün özündən asılı ölkələrin xarici işlər nazirlərini toplayır və guya Sergey Lavrov təklif verir. Ssenariyə görə bu və ya digər ölkənin Xarici İşlər Nazirliyi onu rədd edir. Bu da təkliflər verilsə də, tərəflərin razı olmadığı görüntüsü yaradır”.
Z. Əlizadə Ermənistanın xarici işlər naziri Zohrab Mnataskanyanın təkzib bəyanatının da buna xidmət etdiyini düşünür.
toplum.tv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button