ArxivXəbər lentiXəbərlər

Zəfər Əhmədli: “Fuad Əhmədlinin ağ ciyərlərində problem var

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) həbsdə olan fəalı Fuad Əhmədlinin səhhətində problemlər olduğu bildirilir.
Bu barədə Azadlıq Radiosuna Fuad Əhmədlinin atası Zəfər Əhmədli danışıb.
O vurğulayıb ki, dünən, avqustun 17-də Fuad Əhmədlinin həbsinin 3 ili tamam olub.
” Fuad Əhmədli cəzasının çox hissəsini çəkdiyi üçün, qanunvericiliyə əsasən, onun buraxılması barədə müdafiə tərəfi vəsatət qaldırsa da, bu vəsatət yerinə yetirlmədi. Bu ona qarşı hakimiyyətin xüsusi münasibətinin göstəricisidir” – atası qeyd edib.
Z.Əhmədli deyib ki, oğlunun ağ ciyərlərində problemlər var:
” Qapalı məkanda olanda xəstəlik özünü daha aydın göstərir. Bu yaxınlarda apelyasiya məhkəməsində də bu problem qaldırldı, amma hakim buna diqqət yetirmədi və mərkəzi müalicə müəssisəsinə göndərmədilər”
Z.Əhmədlinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa uygun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yerli hüquq müdaiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında Fuad Əhmədlinin də adı yer alır. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.
F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb
İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində (Nar Mobile) texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.
AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.
F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button