AktualAktualArxivFatimi yaşayişIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Zəncanda “İslami Müqavimət Şer və Ədəbiyyatında Qarabağ” beynəlxalq konfransı keçirilib-Foto

Tanınmış şair Ustad Kəlami Zəncani və Zəncan Əzəm Hüseyniyyəsinin Ədəbiyyat Ofisinin təşəbbüsü ilə “İslami Müqavimət Şer və Ədəbiyyatında Qarabağın Yeri” konfransı keçirilib.

“Qafqaz Həqiqətləri” saytının verdiyi xəbərə görə, konfransın açılışında Zəncan Əzəm Hüseyniyyəsinin Ədəbiyyat Ofisinin direktoru Vəhid Allahverən qonaqları salamladıqdan sonra deyib: “Qarabağın məzlumluğu İslam dünyasının bir dərdidir və dünya müsəlmanları günbəgün onu daha artıq hiss edirlər. Müsəlmanların Qarabağın dərdini çəkməsi Allahın inayətinin bir nişanəsidir. Zəncanda baş tutan bu konfrans göstərir ki, inşallah, Qarabağ dünya müsəlmanlarının güclü və bacarıqlı əlləri ilə azad olunacaq və 40 min şəhidin qanı yerdə qalmayacaq.”

Konfransın katibi tanınmış Əhli-beyt (ə) şairi Ustad Vəliyullah Kəlami çıxışında deyib: “Şer hücum və təhriflər qarşısında güclü bir silahdır. Qarabağ İslamın bir parçasıdır və Ali Məqamlı Rəhbər (həzrət Ayətullah əl-üzma Xamenei) onu İslam torpağı adlandırmışdır. Lakin təəssüflər olsun ki, müqavimət ədəbiyyatında Qarabağ mövzusuna lazımınca yer verilməmiş, diqqət göstərilməmişdir.”

Ustad Kəlami çıxışının digər hissəsində deyib: “Bu konfransın hədəflərindən biri də müqavimət şerində Qarabağın yerini araşdırmaq və onu gücləndirməkdir. Ona görə də bu məclisin digər bir uğurlu işlərindən biri də Qafqazda islami hərəkatlara dəstək istiqamətində Azəri Şeri Komitəsinin yaradılmasıdır.”

Konfransda peşəkar fikir mübadiləsi və danışıqlardan sonra qonaqlar Qarabağla bağlı azəricə şerlərini oxuyublar. Sonda bir neçə şer iftixarlı əsər kimi seçilib.

Beynəlxalq konfransda Rusiya və Azərbaycan Respublikasından da qonaqlar iştirak edib.

Qeyd edək ki, Qarabağ Azərbaycan Respublikasının ərazisi olaraq erməni separatçıları və Ermənistan ordusu tərəfindən işğal edilmişdir və azəri müsəlmanlar öz ata-baba yurdlarından qovulmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button